2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Taliban Əfqanıstanda insan haqları ilə bağlı əldə edilən nailiyyətlərin məhvində günahlandırılır

Bazar ertəsi açıqlanan yeni hesabatda Əfqanıstanın son iyirmi il ərzində insan haqları ilə bağlı əldə etdiyi nailiyyətlərin Talibanın ölkəni ələ keçirməsindən sonra məhv olma riski ilə üzləşdiyi bildirilib.

Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH), Amnesty International və İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) sənədləşdirilən hesabatında Talibanın “vaxt itirmədən əldə edilən tərəqqini yoxa çıxarmağa çalışır” deyilib.

Hesabatda Talibanın bütün əfqanların hüquqlarına hörmətlə yanaşacaqlarına dair dəfələrlə söz verməsinə baxmayaraq, qadınlara, ifadə azadlığına və vətəndaş cəmiyyətlərinə məhdudiyyətlər qoyulduğu da qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Əfqanıstanda cəmi beş həftədən çox bir müddətdə nəzarəti ələ keçirdikdən sonra Taliban insan haqlarını qorumaq və ya hörmət etmək mövzusunda ciddi olmadığını açıq şəkildə ortaya qoydu. Biz artıq qadınlara edilən hücum və məhdudiyyətlərdən tutmuş etiraz aksiyalarına, media və vətəndaş cəmiyyətlərinə qədər pozuntuların olduğunu gördük” – deyə, Amnesty International təşkilatının Cənubi Asiya üzrə direktor müavini Dinuşika Dissanayake bildirib.

Hesabatda Taliban hərəkatının avqustun 15-də Əfqanıstanın paytaxtı Kabilə daxil olduqdan və demək olar ki, bütün ölkənin nəzarətini əlinə aldıqdan bəri insan haqları müdafiəçilərinə hücumlar barədə demək olar ki, hər gün məlumat verildiyi iddia edilir.

“Taliban insan haqları müdafiəçilərini qapı-qapı gəzərək axtarır və bir çoxlarını gizlənməyə məcbur edir” hesabatda deyilir.

Əfqanıstanda baş verənlərin “yalnız kiçik bir hissəsini əks etdirdiyi” deyilən hesabatın mövcud qorxu, bir çox bölgələrdə mobil əlaqənin olmaması və Taliban tərəfindən tətbiq edilən internet kəsilmələri mühitində əldə edilən məlumatlara əsaslanaraq hazırlandığı deyilir.

“Beynəlxalq ictimaiyyət mənəvi və siyasi öhdəliklərini yerinə yetirməli və həyatları bahasına ölkələrində insan haqlarını, gender bərabərliyini, qanunun aliliyini və demokratik azadlıqları müdafiəsinə həsr edənləri nəyin bahasına olursa olsun qorumalıdır” – deyə, İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) proqram direktoru Dilfayn Pekyulo bildirib.

Taliban rəsmiləri onlara qarşı irəli sürülən iddialarla bağlı hələ fikir bildirməyib.

Bazar ertəsi Taliban sözçüsü Zabiullah Mücahid hökumətin Qadın İşləri Nazirliyini bağladığını və onu “İsmətin təbliği və Günahın Qarşısının Alınması” adlı nazirliklə əvəz etdiyini təsdiqləyib.

Mücahid qızların orta məktəblərdə təhsil almasını qadağan ediləcəyi iddialarını rədd edib. O, oğlanların yenidən təhsilə başladıqlarını, qızların məktəbə təhlükəsiz şəkildə getmələri üçün isə xüsusi nəqliyyat sisteminin yaradılması yolunda tədbirlər görüldüyünü deyib.

Qərar keçən şənbə günü Taliban hökumətinin Təhsil Nazirliyinin 6-cı sinifdən 12-ci sinifə qədər şagird və müəllimlərə dərslərini davam etməsi ilə bağlı göstərişindən bir neçə gün sonra verilib. Nazirliyin qərarında qız şagirdlərdən bəhs edilmədiyi üçün qızların təhsil almasına qadağa qoyulacağı ilə bağlı narahatlıqlar artıb.

Taliban 1996-2001-ci illərdə hakimiyyətdə olarkən qadınların kişi qohumu olmadan evdən çıxmasını və məktəbə getməsini qadağan etmişdi.

Taliban Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyasını (AIHRC) da ləğv edərək, komissiya üzvlərinə qarşı korrupsiya iddiaları ilə əlaqədar istintaqa başladıldığını bəyan edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button