2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Taliban ələ keçirdiyi ərazilərdə qadınların işləməsinə qadağa qoyur

İyulun əvvəlindən bəri Əfqanıstanın hər tərəfində hökumət qüvvələrinin nəzarətində olan əraziləri ələ keçirən Taliban üsyançıları ölkənin cənubdakı Qəndəhar şəhərində yerləşən Əzizi Bankının ofislərinə girib, orada işləyən doqquz qadına evlərinə getməyi əmr edib.

Qadınları evlərinə qədər aparan silahlılar onlara işə qayıtmayacaqlarını deyib. Bankda işləyən üç qadın və bank müdirinin dediyinə görə, Taliban üsyançıları onların yerinə işə kişi qohumlarının işləyə biləcəyini bildirib.

“İşləməyə icazə verilməməsi həqiqətən qəribədir, lakin indi vəziyyət budur. Mən ingilis dili, hətta kompüterdə işləməyi də öyrənmişəm, amma indi yalnız qadınların işləyə biləcəyi yer axtarmalı olacağam” – deyə, bankın mühasibat şöbəsində işləyən 43 yaşlı Nur Xatirə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu hadisə 20 il ərzində Əfqanıstan qadınlarının əldə etdiyi bəzi hüquqlarının sərt İslamçı silahlı hərəkatın yenidən hakimiyyətə qayıdacağı təqdirdə yenidən itirə biləcəyinə işarədir.

1996-2001-ci illərdə Əfqanıstanı idarə edən Taliban son günlərdə Əfqanıstanın bir çox böyük şəhərini ələ keçirib və paytaxt Kabilə yaxınlaşır.

O zaman qrupun İslam qanunlarına görə, qadınlar işləyə bilməzdi, qızların məktəbə getməsinə icazə verilmirdi və qadınlar evlərindən çıxmaq istəyəndə üzlərini örtməli və küçəyə kişi qohumları ilə çıxa bilərdi.

Qaydaları pozan qadınlar bəzən Talibanın dini polisi tərəfindən alçaldılır və döyülürdü.

Əzizi Bankındakı insidentdən iki gün sonra Herat şəhərindəki Əfqanıstan kreditoru Bank Milli filialında işləyən iki qadın bunun bir daha şahidi olub.

Üç silahlı Taliban döyüşçüsü qadın işçilərin üzlərini ictimaiyyətə göstərdikləri üçün xəbərdarlıq edib. Bundan sonra həmin qadınlar öz yerinə kişi qohumlarını göndərərək, işdən çıxmalı olub.

Jurnalistika, səhiyyə və hüquq-mühafizə orqanları kimi sahələrdə işləyən əfqan qadınlar keçən il Talibanla ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökuməti arasında sülh danışıqları başlayandan bəri hücumlara məruz qalıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button