2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Taliban hökumətini elan etməlidir

Sentyabrın 2-də Britaniyanın Xarici işlər naziri Dominik Raab Dohada Qətərin əmiri və xarici işlər naziri ilə görüşəcək. Onlar Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. Məqsəd Taliban idarəçiliyindən qaçmaq istəyən əcnəbilərin və digərlərinin təxliyəsini asanlaşdırmaqdır.

Dominik Raab Qətər əmiri Şeyx Tamim bin Hamad al-Tani və ölkənin digər liderləri ilə görüşündə “Kabil aeroportunun açılmasını, əcnəbilər və əfqanlar üçün təhlükəsizlik keçidi” müzakirə edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Kabildən ölkəiçi uçuşlar bərpa olunacaq

Bu gün həmçinin Talibanın hökumətini elan edəcəyi gözlənir. İslamçı qruplaşma avqustun 15-də Kabili ələ keçirib. Avqustun 30-da isə ABŞ hərbçiləri Əfqanıstandan çıxıb.

ABŞ və müttəfiqləri avqustun 14-dən bəri Kabildən 123 mindən çox əcnəbi və əfqanı çıxarıblar. Amma 20 illik müharibədə qərb ölkələrinə kömək etmiş onminlərlə əfqanın həyatına risk qalır.

BMT Talibanı ölkədən çıxmaq istəyənlərə imkan verməyə çağırıb. Silahlılar buna vəd versələr də bir çoxları islamçı qruplaşmanın niyyətlərinə şübhəylə yanaşır.

“Al-Jazeera” televiziyasının məlumatına görə, sentyabrın 3-də Kabildən ölkəiçi reyslər bərpa olunacaq. Mülki aviasiya rəsmisi beynəlxalq uçuşların bərpasının “zaman alacağını” bildirib.

Qətər televiziyası sentyabrın 2-də bildirib ki, Qətərin texniki komandası aeroporta ziyanı dəyərləndirir, onu “tezliklə” işə salmaq planlaşdırılır.

AB çevik reaksiya qüvvəsi yarada bilər

Bu arada Avropa Birliyi daxilində dünyada böhranlara çevik reaksiya verəcək hərbi qüvvə yaratmaq üçün çağırışlar səslənir.

AB-nin müdafiə nazirləri sentyabrın 2-də Sloveniyada bir araya gələrək Qərb əsgərlərinin Əfqanıstandan çıxarılmasından sonrakı durumu müzakirə edirlər. Onların həmçinin 5 min nəfərlik çevik yerləşdirilə bilən qüvvə yaratmaq planını müzakirə edəcəyi gözlənir.

“Daha güclü #ABmüdafiəsi yaratmağın vaxtıdır. Sonra gec olacaq. Bu gün #Müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə bu mesajı ötürdüm”, – AB hərbi komitəsinin sədri, General Klaudio Qraziano deyib.

AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel Sloveniyada qeyd edib ki, çevik reaksiya qüvvəsi AB-nin ümumi müdafiə qurmasının bir hissəsi olmalıdır.

“Bəzi hadisələr tarixi sürətləndirir, dönüş nöqtəsi yaradır, məncə, Əfqanıstan da onlardan biridir”, – o deyib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button