2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Taliban “inklüziv hökumət” qurmağa yaxındır

Əfqanıstanda hakimiyyəti ələ keçirəndən bir həftə sonra Taliban qiyamçıları vəd etdikləri “inklüziv İslam hökuməti” qurmaqla bağlı keçmiş rəqibləri ilə daxili danışıqlar aparır, görüşlər keçirirlər.

Kabildə Taliban rəsmiləri şənbə günü bildirib ki, yaxında yeni hökumətin formalaşması ilə bağlı çərçivənin elan ediləcəyi gözlənilir.

Talibanın yüksək səviyyəli liderləri şənbə günü Əfqanıstan paytaxtında tanınmış şəxslərlə görüş keçirərək gələcək idarəçilik sistemi ilə bağlı fikir mübadiləsi aparıblar. Bu barədə qrupun siyasi sözçüsü Məhəmməd Naim bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, qrupun yüksək səviyyəli lideri Şahabuddin Dilavərin əfqan həmsöhbətlərinə Talibanın “qanunun aliliyinə hörmət edən, korrupsiyanın olmadığı və hər vətəndaşın ölkəsi və xalqına xidmət etmək imkanı olan güclü mərkəzi sistem” istədiyini bildirdiyini deyib.

Taliban keçmiş əfqan hökumətində xidmət edən və ya onun bir parçası olan hər kəsə amnistiya elan edəndən sonra siyasi danışıqlara başlayıb.

Taliban liderinin müavini Molla Əbdül Qani Bəradər hökumətin formalaşması prosesinə nəzarət etmək üçün İslamçı qrupun ölkənin cənubundakı istehkamı olan Qəndəhardan Kabilə gəlib.

Talibanın həmtəsisçilərindən olan Bəradər bu həftə Qətərdən Əfqanıstan dönüb. Qətərdə o, qrupun siyasi ofisinə rəhbərlik edir və Birləşmiş Ştatlarla sülh danışıqlarına nəzarət edirdi. Bu danışıqlar 2020-ci ilin fevral ayında ABŞ-ın başçıılıq etdiyi qoşunların 20 illik müharibədən sonra Əfqanıstandan çıxarılmasına yol açan razılıqla yekunlaşdı.

Ölkədən qaçan Prezident Əşrəf Qaninin koalisiya tərəfdaşı Abdullah Abdullah və sabiq Prezident Həmid Karzai son bir neçə gündə Talibanla bir neçə görüş keçirib.

Şənbə günü keçirilən görüşdən sonra Abdullah Twitter-də yazıb ki, o Karzai ilə birlikdə iqamətgahında Taliban liderləri ilə görüşüb.

“Biz təhlükəsizlik və siyasi proseslərlə və ölkənin gələcəyi ilə bağlı siyasi həll yolu ilə əlaqəli fikir mübadiləsi apardıq,” Abdullah yazıb.

Bu arada isə minlərlə əfqan Kabil hava limanına axın etməyə davam edib Onlar ABŞ ordusu və başqa ölkələrin xarici personalı və benyəlxalq qüvvələr üçün işləyən əfqanları evakuasiya edən təyyarələrə minməyi ümid edirlər.

Ağ Ev şənbə günü bildirib ki, son 24 saat ərzində ABŞ ordusuna məxsus altı C-17 təyyarəsi və 32 çarter təyyarəsi Əfqanıstan paytaxtından 3800 sərnişini evakuasiya edib.

“İyulun sonundan bəri biz 22 min insanı çıxarmışıq. Avqustun 14-dən bəri isə 17000 insanı,” Ağ Ev bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button