2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Taliban ölkənin şərqində etirazçılara qarşı zorakılıq edib

Taliban “müharibə bitdi” deyə elan edəndən və heç bir qisasın olmayacağını deyındən bir gün sonra Əfqanıstanda hakimiyyəti möhkəmləndirməyə davam edir. Ölkənin şərqində isə etirazçılara qarşı zorakılıqların olduğu bildirilir.

Şahidlərin dediyinə görə, çərşənbə günü Cəlalabad şəhərində bir qrup etirazçı Taliban bayrağını Əfqanıstanın milli bayrağı ilə əvəz etməyə çalışarkən Taliban üsyançıları havaya atəş açıb və insanları dəyənəklərlə döyüb. Azı üç nəfərin ölüb, çox sayda insan yaralanıb. Taliban insidentlə bağlı heç bir açıqlama verməyib.

Taliban çərşənbə axşamı qadın haqlarına “İslam qanunları çərçivəsində” hörmət edəcəyinə və “inklüziv İslam” hökuməti quracağına söz verib.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü Twitter hesabında ABŞ-ın və dünyadakı tərəfdaşlarının Əfqanıstanda hakimiyyətdə olanları ölkədəki qadın və qızların hüquq və müdafiəsinə zəmanət verməyə çağırdıqlarını yazıb.

“Biz gələcək hər hansı hökumətin hüquq və azadlıqları necə təmin etdiyini yaxından izləyəcəyik” – deyə, Blinken bildirib.

Taliban şəhəri nəzarətə götürdükdən bir neçə gün sonra Əfqanıstanın paytaxtı Kabil ətrafında vəziyyət çərşənbə günü sakit qalmaqda davam edib. Boş qalan küçələrdə demək olar ki, bazar günündən etibarən gediş-gəliş artıb. Küçələrdə daha çox qadın görünsə də, onların əksəriyyəti ya yaşlı, ya da çox gənc qızlar olub.

Taliban 1996-cı ildən 2001-ci ilə qədər ölkəni Şəriət qanunlarına əsasən idarə edib. ABŞ isə 11 sentyabr terror hücumlarına cavab olaraq 2001-ci ildə Talibanı devirib.

ABŞ rəsmiləri evakuasiya sürətini artırmağı və gündə ölkədən 5000-lə 9000 arasında insanı çıxaracaqlarına ümid etsələr də, Ağ Ev rəsmisi çərşənbə axşamı ABŞ hərbi təyyarəsinin son bir gündə 1800 nəfəri çıxardığını bildirib. Rəsmilərin bildirdiyinə görə, şənbə günündən bəri ABŞ ümumilikdə təxminən 6000 insanı evakuasiya edib.

ABŞ əsgərlərinin avqustun 31-nə qədər Əfqanıstandan tam çıxarılma olduğuna baxmayaraq, ABŞ Prezidenti Co Bayden ABŞ qoşunlarının bütün amerikalılar evakuasiya olunana qədər Əfqanıstanda qalacağını deyib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button