2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Taliban Pəncşir Vadisini ələ keçirdiyini iddia edir

Taliban bazar ertəsi hakimiyyətinə qarşı yeganə silahlı müqavimətə son qoyaraq, Əfqanıstanın şimalındakı Pəncşir Vadisini ələ keçirdiyini elan edib.

“Bu qələbə ölkədəki müharibəyə son qoyur, müstəqillik şəraitinə dinc bir həyat və firavanlığa yol açır” – deyə, Taliban sözçüsü Zabihullah Mücahid bildirib.

Taliban mediası bazar ertəsi Pəncşirin ələ keçirilməsini və hökumət binalarında Taliban bayraqlarının qaldırıldığını göstərən bir neçə video yayımlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin Əhməd Məsudun rəhbərlik etdiyi Milli Müqavimət Cəbhəsi (NRF) kimi tanınan müxalifət qüvvələrinin xarici əlaqələr üzrə rəhbəri Əli Məysam Nəzəri Facebook səhifəsində Talibanın iddiasını rədd edib.

Pəncşir döyüşçüləri

“Talibanın Pəncşiri işğal etməsi iddiası yalandır. Milli Müqavimət Cəbhəsinin qüvvələri mübarizəni davam etdirmək üçün vadinin bütün strateji mövqelərində durub. Əfqanıstan xalqını əmin edirik ki, Taliban və tərəfdarlarına qarşı mübarizə ədalət və azadlıq bərpa olunana qədər davam edəcək” – deyə, yazıda bildirilib.

Taliban qələbə qazandığı ilə bağlı məlumatı Məsudun yüksək səviyyəli din xadimlərinə onların sülh danışıqları təklifini Talibanın öz qüvvələrini doğma Pəncşirdən geri çəkəcəyi təqdirdə aparmağa razı olduğunu deməsindən bir neçə saat sonra yayıb.

Əhməd Məsud bu təklifi təşkilatının Facebook səhifəsində Taliban qüvvələrinin vilayətin bir çox hissəsini ələ keçirdikdən sonra mübarizə apararaq paytaxt Bazaraka girdiyini iddia etməsindən bir gün sonra edib.

Milli Müqavimət Cəbhəsinin başçısı Əhməd Məsud

Milli Müqavimət Cəbhəsinin başçısı Əhməd Məsud

Bir çox mənbə Milli Müqavimət Cəbhəsinin rəsmi sözçüsü Fahim Dəşti ilə birlikdə Məsudun əmisi oğlu, general Əbdül Vüdudun da bazar günü gedən döyüşlərdə öldürüldüyünü təsdiqləyib.

Keçən ay Qərbin təlim keçdiyi hökumət qüvvələrinin çökməsi, Prezident Əşrəf Qaninin ölkədən qaçması, paytaxt Kabil da daxil olmaqla, Talibanın Əfqanıstanın digər 33 vilayətini ələ keçirməsindən sonra Pəncşir qrupa müqavimət göstərən yeganə vilayətdir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button