2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Taliban qüvvələri kimdir?

Taliban daha əvvəl 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olub və ölkədə İslam qanunlarının sərt formasını tətbiq edib. Qrupun inancları və tarixi haqqında əsas faktlar bunlardır.

Taliban qrupu necə yaranıb?

Saytların yığılması Saytlarin yigilmasi

Taliban Sovet İttifaqının 1990-cı illərdə Əfqanıstandan çıxmasından sonra ölkədə vətəndaş müharibəsində döyüşən qruplardan biri idi. Qrup 1994-cü ildə Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində yaranıb. Talibanın əsası şəhərin yerli imamı Molla Məhəmməd Ömər tərəfindən qoyulub. O, 2013-cü ildə ölümünə qədər militan qrupa rəhbərlik edib.

Talibanın ABŞ ilə əlaqəsi nədir?

Taliban qrupunun ilk üzvləri 1980-ci illərdə sovet qüvvələrinə qarşı mübarizədə ABŞ tərəfindən dəstəklənən Əfqanıstan müqavimət hərəkatının mücahidlər adı ilə tanınan keçmiş döyüşçülərindən ibarət olub.

Taliban hakimiyyətə necə gəlib?

1989-cu ildə Sovet İttifaqının Əfqanıstandan çıxmasından və Əfqanıstan hökumətinin süqutundan sonra ölkədə vətəndaş müharibəsi başlayıb. Taliban nizamı və ədaləti bərpa etmək vədləri ilə dəstək qazanıb. Onlar 1994-cü ildə Qəndəhar şəhərini çox az müqavimətlə ələ keçirib və 1996-cı ildə paytaxt Kabili də ələ keçirməyə nail olub.​

Taliban nəyə inanır?

Taliban hakimiyyəti İslam şəriət qanununun sərtləşdirilmiş qaydalarına əsalanıb. İctimai edamlar və şallaq vurulması Taliban dövründə adi hallar idi, qadınlara isə əsas etibarilə işləmək və ya oxumaq qadağan olunmuşdu və onlar ictimai yerlərdə bürqə taxmaq məcburiyyətində idilər. Taliban Qərb kitabları və filmlərini qadağan etmiş və digər ənənələrə aid olan mədəni abidələri, o cümlədən mərkəzi Bamiyan vadisində yerləşən 1500 illik nəhəng Budda heykəllərini məhv etmişdi.

Talibanın Əl-Qaidə ilə əlaqəsi nəcədir?

Taliban hakimiyyəti dövründə o zaman Usama bin Ladenin rəhbərlik etdiyi Əl-Qaidə silahlı qrupuna sığınacaq vermişdi. Əl-Qaidə ABŞ-a qarşı 2001-ci ildə 11 sentyabr hücumları da daxil olmaqla, bütün dünyada terror hücumlarını hazırlamaq üçün Əfqanıstanda təlim düşərgələri yaratmışdı.

Onlar hakimiyyəti necə itirdi?

11 sentyabr hücumlarından bir ay keçməmiş ABŞ və müttəfiqləri Əfqanıstana müdaxilə etdi. Dekabrın əvvəlində Taliban hökuməti süquta uğradı və ABŞ demokratik bir hökumət qurmaq üçün əfqanlarla işləməyə başladı.

Daha sonra nə baş verdi?

Məğlub olduqdan sonra Taliban liderləri Əfqanıstanın cənub və şərqindəki istinadgahlara və ya Pakistan sərhədinə qaçdı. Militant qrup daha sonra Əfqanıstanın ABŞ-ın dəstəklədiyi yeni hökumətinə qarşı əldəqayırma bombalardan istifadə edərək və intihar hücumları keçirərək üsyana rəhbərlik etdi.

Ötən il ABŞ hökuməti Əfqanıstanda 20 ildən artıq hərbi müdaxilədən sonra Talibanla razılaşma əldə etdi. Bu razılaşmaya əsasən, Talibanın amerikalılara qarşı hücumlarını dayandırması və Əfqanıstan hökuməti ilə danışıqlara başlaması qarşılığında ABŞ əsgərlərinin ölkədən çıxarılması üçün vaxt müəyyən edildi. Ancaq Talibanla Əfqanıstan hökuməti arasında aylarla davam edən danışıqlar heç bir sülh müqaviləsinin bağlanması ilə nəticələnmədi.

Talibanı hansı ölkələr tərəfindən tanınıb?

Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da daxil olmaqla, 1996-2001-ci illərdə hakimiyyətdə olan Taliban hökumətini yalnız bir neçə ölkə tanıyı. Əksər ölkələrin yeni bir Taliban hökumətini tanıyıb tanımayacağı aydın deyil; lakin, ABŞ Dövlət katibi Antoni Blinken ötən ay bildirib ki, əgər Taliban zorla hakimiyyəti ələ keçirib vəhşiliklər törətsə Əfqanıstan təcrid olunmuş dövlətə çevrilə bilər.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button