24 saat xəbərlər Exit Reader Mode

Talıbov və Əliyev arasında intriqa

Diktator koronavirula bağlı birdəfəlik yardım göstərilməsi haqqında yeni sərəncam imzalayıb. Lakin icra olunmur. Yadınızdadır, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməlidir. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılmışdır. Xatırladaq ki, ölkə başçısı 2018 il də bayram qabağı bu məqsədlə dövlət büdcəsindən 5 milyon manat ayrılmasına sərəncam vermişdi. Ölkədə yoxsulluq səviyyəsinin ildən-ilə artdığını bilirik. Keçənilki ilə müqayisədə bu il yardım məbləğinin  xeyli artırılması da bundan xəbər vermirmi? 

Reklam...

O zaman hamı Vasif Talıbov və İlham Əliyev arasında intriqanı müzakirə edirdilər. Sirr deyil ki, Mehriban Əliyeva Talıbova nifrət edir. Qeyd olunmalıdır ki, bu nifrət hissləri qarşılıqlıdır. Keçən il Naxçıvan MR-nın sədri Vasif Talıbovun Ordubad rayonunda həkimlərin maaşının 50 faiz artırılması qərarı haqqında yazmışdıq. Əliyevlər bu maaş artımından narahat olublarmı, bilmirik. Amma biz müqayisə apararaq, ölkə başçısının son maaş artımı sərəncamı ilə minimum əmək haqqının 180 manatdan 250 manata çatdırılmasını ölkədə yoxsulluğun azaldılmasına heç bir töhfə verməyəcəyini vurğulamışdıq. Çünki illərdir buna bənzər cüzi maaş artımları ilə insanların rifahında yaxşılığa doğru heç nə dəyişmir. Bu gün ölkəmizdə yoxsul ailələr ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunub. 2018-ci ilin 1 oktyabr tarixinə  olan rəsmi məlumata görə, ölkədə orta hesabla (Naxçıvan MR istisna olmaqla) 50,2 min ailə  ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 165,4 manatdır. Bu il prezidentin büdcədən əvvəlki illə müqayisədə 2,6 milyon artıq vəsait ayırması o deməkdir ki, bir il müddətində imkansız ailələrin sayı bir az da artıb. Yəni ayrılan məbləği ailə başına 100 manatdan hesablasaq, bu 76 min ailənin aztəminatlı olması anlamına gəlir. 

Dövlət rəsmiləri vaxtaşırı ölkədə işsizliyin və yoxsulluğun azaldılması haqqında danışır. 2019-cu il sentyabrına olan rəsmi xəbərlərə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 191,2 min nəfər olub. Onların 4 milyon 939,1 min nəfərini məşğul əhali təşkil edib. Məlumata əsasən, sentyabrda məşğulluq xidməti orqanları 70,9 min nəfəri işsiz kimi qeydiyyata alıb. İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub. Məlum olduğu kimi, ölkədə sığorta ödənişi işçinin sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%-i, sığorta stajı 10 ildən yuxarı olduqda 60%-i məbləğində işsizliyə görə aylıq sığorta ödənişi verilir. Azərbaycan kimi əhalisi kasıb olan ölkə üçün bu nə deməkdir, bilirsiniz? O deməkdir ki, işsizliyin ildən-ilə artdığı bu şərtlərdə yaxın illərdə insanların cüzi təqaüd almaq imkanları da əldən çıxacaq. 70,9 min nəfəri işsiz, sadəcə, dövlətin etiraf etdiyi rəqəmdir. Müstəqil ekspertlər bu rəqəmin deyilən rəqəmdən qat-qat artıq olduğunu bildirirlər. Cənab prezident hər il sonunda ailələrə 100 manat ödəməklə, koronavirusla mübarizə zamanı 190 manat ödəməklə məsələnin həll olunacağını düşünürsə, yanılır. Onun hökuməti 26 ildə anlamadı ki, insanlara ildə bir dəfə balıq verməklə onların problemi həll olunmaz. Onlara, sadəcə, balıq tutmağı öyrətmək, işsizliyi ləğv etmək lazımdır. Əliyev isə xalqa 190 manat hələ ki verməyib, Aprel şəhidlərimizlə də maraqlanmayıb…

24saat.org

Mənbə – azadliq.info