2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSEÇMƏ

“Talışi Sədo” qəzetinin əməkdaşı polis tərəfindən saxlanıldı

“Talışi Sədo” qəzetinin əməkdaşı Azər Lerikli  polis tərəfindən saxlanılıb.

 

Azər Lerikli Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq qanunsuz olaraq Lerik Rayon İcra Hakimiyyətində dindirilməyə aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

 

Bu barədə 24.saat.org saytına “Talışi Sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyəti Mərkəzinin sədri Rafiq Cəlilov məlumat verib.

 

“Ona dünən axşam bildirilib ki, səhər saat 9-da Lerik Rayon Polis şöbəsində olsun. Oradan İcra Hakimiyyətində dindirməyə aparıblar. İndi yenidən polis şöbəsinə gətirilib və dindirilir. Çox güman ki, bir azdan məhkəməyə aparılacaq. Görünür Rövşən Bağırov  (red: Lerik Rayon İcra Başçısı) onunla dil tapa bilməyib”. – deyə Cəlilov bildirib.

 

Rafiq Cəlilov Azər Kazımlının Lerik İcra Hakimiyyətininin qanunsuzluqları ilə bağlı yazılarına görə saxlaıldığını qeyd edib. “Azər Lerikli Lerik rayonunda qanunsuz olaraq meşələrin qırılmasını, Lerik-Lənkəran yolunda asfalt çəkilməsi zamanı baş verən yeyintiləri işıqlandırırdı”.

 

Cəlilov həmçinin Leriklinin İlham Əliyev barədə yazdığı tənqidi yazılara görə də saxlanıla bilcəyini istisna etməyib: “Dünən axşam saatlarında Prezident Aparatının işçiləri Lerikdəki “Relax” istirahət mərkəzində olub. Ola bilər ki, Azərlə görüşə bilməyib bunu İcra Hakimiyyətinin əməkdaşlarına tapşırıblar”.

 

Azər Lerikli İlham Əliyev və Lerik İcra Hakimiyyəti haqqında yazdığı tənqidi yazılarla tanınır.

 

Bu “Talışi Sədo” qəzetinin əməkdaşlarına qarşı ilk belə hal deyil. Ötən ilin sentyabrında qəzetin digər əməkdaşı Vüqar Mustafayev folklorşünas İradə Məlikova ilə birlikdə dindirildikdən sonra sərbəst buraxılmışdı. Saytın redaktoru Hilal Məmmədov 2012-ci ildə 5 il həbsə məhkum olunsa da, İlham Əliyevin əfv sərəncamından sonra azadlığa buraxılmışdı. Həmçinin, 2008-ci ildə qəzetin baş redaktoru Novruzəli Məmmədov 10 il müddətinə həbsə məhkum olunduqdan sonra cəzaçəkmə müddəti zamanı müəmmalı şəkildə vəfat etmişdi.

 

Məsələni diqqət mərkəzində saxlayacayıq.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button