2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tanınmış bloqerin anım günü keçirilib VİDEO

Bu gün tanınmış bloqer, yaxınlarda Kürdəxanı təcridxanasında müəmmalı şəkildə vəfat edən Mehman Qələndərovu anım günü keçirilib.

Bakıdakı “Xəyalə” mərasim evində keçirilən tədbirə vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi partiyaların təmsilçiləri və ziyalılar  qatılıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Tədbirin əsas təşkilatçılarından olan hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Mehman Qələndərovun ölüm faktının hakimiyyət tərəfindən ört-basdır edilməsinə imkan verilməməsində demokratik ictimaiyyətin böyük rolu olub. Onun müəmmalı ölümünün araşdırılması da ictimaiyyət nümayəndələrinin təmsil olunduğu komissiya tərəfindən aparılacaq və günahkarların cəzalandırılması üçün bütün imkanlar səfərbər olunacaq.

 

Oqtay bəy bu istiqamətdə KİV-lərin və vətəndaş cəmiyyəti fəallarının da önəmli iş apardığını qeyd edib. O deyib ki, “məhz bu fəallıq sayəsində məsələni təkcə ölkədə deyil,  bütün dünyada ictimailəşdirə bildik.” O, ABŞ Dövlət Departamenti və digər beynəlxalq təşkilatlar tərəfindən M.Qələndərovun ölüm işinin araşdırılmasına çağıran xüsusi bəyanatların da əhəmiyyətini xüsisi vurğulayıb.

“Mehman siyasi məhbus idi, çünki onun həbsinə vicdan məhbusları Bayram Məmmədov və Qiyas İbrahimovla həmrəyliyi səbəb olmuşdu” – deyə Gülalıyev bildirib.

Sonda məhrumun ruhuna dualar oxunub və ehsan verilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button