2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Tanınmış ekspertdən mənzil bazarı ilə bağlı proqnoz – Qiymət azalmaları davam edəcək

Hələ 2013-cü ildə Bakıda mənzillərin qiymətinin süni şəkildə şişirdildiyi və qiymət azalmalarının qaçılmaz olduğunu bildirmişdim. Xüsusən də, son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir. Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadçı proqrnozunu belə əsaslandırıb: “Bir tərəfdən, alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub. Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən isə manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır”.

Ekspert hesab edir ki, manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq: “Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə, yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək. Bu isə yeni qiymət azalamları deməkdir. Hal-hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button