2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Tanınmış jurnalist Çingiz Sultansoy Almaniyadan sığınacaq alıb

Azərbaycanın tanınmış jurnalisti Çingiz Sultansoy Azərbaycandan köçüb.

O, Almaniyaya gedib və sığınacaq almaq üçün müraciət edib. Məlumata görə, jurnalist artıq qaçqınların ilkin sığınacağına  – “kamp”a yerləşib.

Ç.Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. 90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub. ( Bakipost.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bir neçə filmin – «Hissizliyin anatomiyası», «Utanmağın anatomiyası», «Azərbaycan. Prezident seçkiləri -2003» və digərlərinin ssenari müəllifidir. Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub. 2004 və 2009-cu illərdə «Media açarı» mükafatına layiq görülüb.

Qeyd edək ki, son günlərdə bir neçə jurnalist ölkəni tərk edib. Dünən “Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyevin də Azərbaycandan getdiyi barədə məlumat yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button