2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Tanınmış vəkil İlham Əliyevlə niyə görüşmək istəyir?

Məşhur vəkildən prezidentə ilginc müraciət: “Ətrafınız bütün Azərbaycan xalqında Sizə qarşı nifrət hissləri oyatmağa çalışır”

“Advokat” Qanunlar Şirkətinin prezidenti, sabiq poli işçisi və uzun zaman istimai-siyasi fəaliyyətlə məşğul olmuş məşhur vəkil Hidayət Rüstəmbəyli prezident İlham Əliyevlə görüşmək üçün ona açıq məktubla müraciət edib. Hidayət Rüstəmbəyli prezidentə məktubunda yazır:

“Cənab Prezidentimiz!
Artıq son bir neçə ildir ki, 48 (qırx səkkiz) dəfədən çox sizə müraciət edərək, xüsusilə son dərəcə vacib məsələ ilə əlaqədar olaraq, xahiş edirəm ki, məni şəxsən qəbul edəsiniz. Hər dəfə ümidlərim puça çıxıb. Sanki dövlət yoxdur – xaosdur. Amma mən belə düşünmürəm. Əminəm ki, məni qəbul edəcəksiniz.
Bütün bunlara baxmayaraq, Sizdən inciməmişəm. Düşünmüşəm ki, dövlətin bütün işi sizin zəhmətinizlə idarə olunur, düşünmürdüm ki, Siz hər şeyə biganəsiniz…

Saytların yığılması Saytlarin yigilmasi

Mən onu düşünürəm ki, ətrafınızdakı bəzi əməkdaşlarınız öz çirkin əməllərini həyata keçirərək, zəhmətsiz gəlir hesabına yaşamağa üstünlük verməklə, vəzifələrini qorumaq naminə – bütün yalanlara, fırıldaq əməllərə baş vuraraq, insafsızcasına sizi aldadıb yanlışlıqlara düçar edərək, həqiqətləri gizlədirlər, Azərbaycan xalqında Sizə qarşı kin-küdurət hisslərini oyatmaqla onu Sizə qarşı itaətsizliyə təlimatlandırırlar. Bu, çox təhlükəli bir oyundur və Siz cənab Prezidentimizi çalpaşıq, çətin duruma salmağa xidmət edir. Açığını söyləyirəm ki, Sizlərin ətrafınız – Bütün Azərbaycan xalqında Sizlərə qarşı nifrət hissləri oyatmağa çalışır.

Elə götürək Sizin Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov cənablarını. O, bir müddət bundan əvvəl bütün Azərbaycan xalqı və dünya xalqları qarşısında ondan müsahibə götürən müxbirə belə cavab vermişdi: “Nə deyirsən qızım, nə kişi, Azərbaycanda bircə kişi var, o da bizim Prezidentimiz İlham Əliyev cənablarıdır.”

Məntiqin hökmünə görə, yəni sizdən başqa Azərbaycanda kişi yoxdur. Siz cənab prezidentimiz, Hacıbala müəllimin belə təxribat xarakterli cavabına nə kimi qiymət verə bilərsiniz?

Mənim düşüncəmə görə, siz dərhal onu (Hacıbalanı) yanınıza çağırıb izahatını almalıydınız ki, Hacıbala müəllim, bu, nə deməkdir?

Bütün bunlar hamısı bir yana, Sizin mərhum atanız Heydər Əliyev cənabları mənim mərhum əmim Rüstəmov Yusif Müslüm oğlu ilə omuz-omuza – çiyin-çiyinə çalışıblar, dost və qardaş olublar…

Cənab Prezidentimiz!
Yaltaq insanlara həmişə nifrət etmişəm və bu gün də nifrət edirəm, çünki tarix sübut edib ki, yaltaqlardan həmişə Vətən ziyan çəkib. Mən bir neçə dəfə Deputatlığa namizədliyimi irəli sürmüşəm…

Ofisimin telefonunu kəsdilər, üstümə silahlı (odlu) basqın edildi, köhnə idmançılığım mənə kömək etdi, canini tərki-silah edib Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 25-ci Polis bölməsinə təhvil verdim.

Araşdırma zamanı caninin evindən başqa odlu silahlar da aşkar olundu. Bütün bunların hamısını Siz cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə bağlayırlar…

Deputatlığa namizəd kimi televiziyada çıxışım olub (https://www.youtube.com/watch?v=8U0_KVZGjSI). Əgər internetdə baxsanız görəcəksiniz ki, Sizin ünvanınıza bir kəlmə də olsun mənfi fikir söyləməmişəm.

Əksinə, sizin demokratik addımlarınızı tərifləmişəm. Belə olduğu halda, düşünürəm ki, Prezidentimiz İlham Heydər oğlu Əliyev cənabları, mən Hidayət Əşrəf oğlu Rüstəmbəyliyə nə üçün düşmən kəsilmişdir?

Cənab prezident!
Təbii ki, mən gənc deyiləm, dayınız yerində bir kişiyəm. Dünyanın ənginliyini, zənginliyini görmüşəm… Uzun illərdən bəri topladığım təcrübəmə görə deyirəm, Siz qəlbi təmiz insansınız, zəif cəhətiniz ondan ibarətdir ki, dostunuzu-düşməninizi tanımırsınız. Əlbəttə ki, mənim doğru sözümdən inciməzsiniz…
Son dərəcə böyük əhəmiyyət kəsb edən, vacib məsələlərlə əlaqədar olaraq, Siz cənab prezidentimizə deyiləsi sözüm çoxdur, bunların Sizə də xeyri var.

Cənab Prezidentimiz!
Üstüörtülü yazmağa məcburam, Sizin yaxşı tanıdığınız “Üzdəniraq” biri, heç bir məsuliyyət və cavabdehlik hiss etmədən açıqca söyləyir ki, Siz onun kiçiyi-uşağısınız, o, sizin ağsaqqalınız və yol göstərəninizdir…

Elə buna görə də Sizə rəsmi ərizə yazaraq xahiş etdim ki, üç (03) metr məsafədən həmin “Dılğırın” sifətinə baxın, onda görəcəksiniz ki, bu dılğır-əsl mənada kimdir…

Son günlər ölkəmizdə baş vermiş olaylar bütün bunların bariz nümunəsidir.
Bütün bu yazdıqlarımdan sonra son olaraq mənim yaşıma, məhrum atanız Heydər Əlirza oğlu Əliyevin mənim doğma əmim Rüstəmov Yusif Müslüm oğlu ilə omuz-omuza, çiyin-çiyinə çalışmalarına, dost və qardaş olmalarına hörmət edərək, məni şəxsən qəbul etməyinizi xahiş edirəm. Sizə deyiləcək çoxlu vacib sözlərim var. Xahiş edirəm, məni şəxsən qəbul edəsiniz.

Cənab Prezident, biləsiniz ki, belə olduğu təqdirdə, məndən çox siz faydalanacaqsınız.”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button