2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

“TANKIN İÇİNDƏN POLİSƏ ZƏNG VURDUM” – Türk əsgərlərin tükürpədən izahatları

Uğursuz çevriliş cəhdində məcburən iştirak etmiş Türkiyənin 28-ci Piyada Briqadasında tanklarla Baş Qərargah binasının önünə gələn sıravi əsgərlər ifadələrində o gecə “Qərərgaha hücum var” deyilərək aldadıldıqlarını bildiriblər. Əsgərlərdən biri telefonda anasının ona təslim olmasını söylədiyini deyib. 24saat.org saytı Türkiyə mətbuatına istinadən əsgərlərin ifadələrinin xülasəsini təqdim edir:

Hərbi çevriliş etdiyimizi ATAM söylədi
S.Ö .: Cümə axşamı “yat əmrini” gözləyirdik. Təcili olaraq toplanmamız lazım olduğu deyildi. Tanklar hazırlandı. Qısa bir müddət sonra Baş qərargah önünə gəldiyimizi fərq etdim. Saat 02.00 – 03.00 radələrində evə zəng etdiyimdə atam çevrilişə cəhd olduğunu, qətiyyən kimsəyə atəş açmamağımızı söylədi. Hərbi çevriliş olacağını bilmirdim. Baş qərərgaha hücum təşkil edildiyini, buna görə də əlavə təhlükəsizlik tədbirləri alacağımızı bildirdilər.

Polisdən kömək istədim
T.I .: Tabur komandirinin əmri ilə tanklarla hərəkətə keçdik. Saat 23.30 radələriydi. Bizə hara getdiyimizi heç kim demirdi. Saat 01.00 radələrində anamla danışdım. Mənə “Fürsət tapıb təslim ol, oğlum” dedi.
Baş Qərargah binasının qarşısında tankın içində səhərə qədər gözlədik. Mən polisin 155 xəttini yığdım və onlardan kömək istədim. Tankdan endiyimizdə qarşımızda tabur komandirini gördük. Tabur komandirimiz bizə mətbuatda yayılan xəbərlərin yalan olduğunu, əlində yazılı əmr olduğunu, bizim buraya Baş qərargah rəisini qorumaq üçün gəldiyimizi söylədi. Su içmək bəhanəsi ilə binanın içərisinə girdik. Orada ağ köynəkli, qara şalvarlı bir adam “hamımızın aldadıldığını” söylədi.

Saytların yığılması Saytlarin yigilmasi

Əzin KEÇİN tapşırığı
S.À .: Tankla yola çıxdıq, yolda bizə Baş qərargaha hücum var, təhlükəsizliyi təmin etmək üçün oraya getdiyimiz deyildi. Rabitə vasitəsiylə “altınızdaki oyuncaq deyil, əzin keçin” şəklində əmr verildiyini eşitdim. Əmri verənin kim olduğunu bilmirdim.

LAZIM OLSA ATƏŞ AÇIN
T.T .: Bölük Komandirimiz batalyon komandiri ilə görüşə bilmədən vertolyotdan atəş açıldı. Atəş bizim çox yaxınlığımızda yığılan əhaliyə dəydi. Bölük komandirimiz da sağ gözündən yaralandı. Tabur komandirimiz Qərargahdan polkovnik-leytenan Ərtoğrul Terzi ilə əlaqə saxladı. Tabur komandiri “Lazım olsa polisə və xalqa atəş açın, əsla çölə çıxmayın” deyə əmr verdi. Əmri yerinə yetirmədik. Polislər gəlib bizi apardı.

Komandir: OYUNA gəldik
S.U .: Hərəkət etmədən əvvəl bizə Baş qərərgaha hücum olduğu deyildi. Əhali dağıldıqdan sonra Qərərgaha girdik. Saat 04.00 radələrində komandirimiz tank komandiri ilə əlaqə saxlayaraq oyuna gəldiyimizi, polisə təslim olmağımızı söylədi.

VƏTƏNİN MÜDAFİƏSİ
S.D .: Saat 23.00 radələrində birlikdən texnikalarla çıxdıq. Yolda vətəndaşların əllərində bayraqlarla küçələrə axışdığını gördük. Vətənin bizə ehtiyacının olduğunu düşünüb, bu duyğularla yolumuza davam etdik. Saat 01.00 radələrində insanların artdığı ərəfədə havadan bizim olduğumuz bölgəyə atəş açıldı. Saat 01.30 radələrində prezidentimizin xalqdan küçəyə çıxmalarını istədiyini bildirlən səs eşitdim. Bəzi şeylərin tərs getdiyini anladım. Saat 04.00 radələrində JÖH (Jandarma Özəl herekatı) və PÖH (Polis Özəl Hərəkatı) olduğunu geyimlərindən anladığım bir qrup əsgər və polis təslim olmağımızı söylədi…

Tərcümə 24saat.org saytına aiddir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button