2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Tanrıya savaş açan böyük şəxsiyyət…

Əsl tarixi şəxsiyyətlər o kəslər sayılır ki, onlar tarixin özünü yaradırlar. Böyük Britaniya Krallığının yarım əsrlik bir dövründə liderlik mövqeyini əldən verməyən Uinston Çörçil də belə şəxsiyyətlərdən biri olub.

İyirmi beş yaşından ciddi siyasi fəaliyyətə başlayan Çörçilin siyasətçi adının qarşısına başqa adlar da əlavə etmək olar – memar, rəssam, jurnalist, tarixçi, yazıçı, yaxud sadəcə şlyapalı adam, Tanrı ilə görüşə hazır olan, Tanrının isə bu çətin sınağa hazır olduğuna sübhə ilə yanaşan…

Bu nəhəng və maraqlı siyasətçinin dünyaya gəlişi də maraqlı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Uinston 1874-cü ildə Blenheym şəhərində anasının hamiləliyinin yeddinci ayında qarderobda – qadınların soyunma otağında dünyaya göz açıb. O, ata tərəfdən hersoq Marlbronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı.

Çörçill iyirmi bir yaşında ordu sıralarına daxil olub, Hindistanda və Sudanda hərbi ekspedisiyalarda iştirak edib.

1899-1902-ci illərdə “Morninq Post” qəzetində hərbi jurnalist kimi fəaliyyət göstərib. Bu, İngilis-Bur müharibəsi dövrünə təsadüf edib ki, Çörçil bu müharibə zamanı əsir düşüb. Çevikliyi ilə həmyaşıdlarından fərqlənən Çörçil əsirlikdən qaçmağa nail olub və sonrakı taleyini bütövlükdə siyasi fəaliyyətlə bağlayıb.

1905-1911-ci illər ərzində o, Koloniyalar naziri, Ticarət naziri və Daxili işlər naziri vəzifələrində çalışıb. 1915-ci ilə qədər isə Hərbi dəniz nazirliyinə rəhbərlik edib. O, bu dövrdə Britaniya donanmasını Almaniya ilə gələcək müharibəyə hazırlayıb. 1915-ci ilin fevral ayında onun əmri ilə keçirilən Dardanela hücum əməliyyatı iflasa uğrayıb. Elə həmin ildə Çörçil admirallıqdan istefa verib.

Uinston Çörçil 1917-ci ildə koalisiya hökumətinin tərkibinə qatılıb və hərbi nazir vəzifəsinə təyin olunub. Bu dövr onun karyerasında müsbət canlanma yaradıb. Belə ki, o hərbi nazir vəzifəsində çalışarkən hərbi sənaye sahəsində tank istehsalına başlayıb və xalq arasında daha bir ad – “Tankların atası” adını qazanıb. Xalqın sevgisini qazanmaq, milləti ustalıqla idarə etmək Çörçilin fəaliyyətində bir o qədər də problemli məsələ olmayıb. O, bunu böyük məharətlə bacarıb və bunu öz fikirlərinin birində aşkar nümayiş etdirib:  “Milləti idarə etmək dörd uşağı böyütməkdən asandır”.

İkinci Dünya müharibəsi illəri Çörçil üçün uğurlu dövr sayılır. O vaxt altmışdan artıq yaşı olan  Uinston Çörçilin böyük siyasi uğurlara imza atacağı çoxları tərəfindən təəcüblü görünsə də artıq bu reallığa çevrilib. Məhz, bu dövrdə o dünyanın siyasi müstəvisində kifayət qədər böyük nüfuza malik olub.

1940-cı ilin sonunda Uinston Çörçil mühafizərkarların lideri kimi Böyük Britaniyanın Baş naziri seçilib. Baş nazir kimi 1941-ci ildə İngiltərə və SSRİ arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına nail olub. Antihitler koalisiyasının yaradılmasında xüsusi fəallıq göstərib.

SSRİ və Amerika Birləşmiş Ştatlarının rəhbərləri ilə birlikdə faşizm işğalçılığının qurbanlarına çevrilə biləcək dövlətlərin taleyüklü məsələlərində qəti addımlar atıb.

İkinci Dünya müharibəsindən sonra Avropa Birləşmiş Ştatlarının yaradılması ideyasının müəllifi də məhz Çörçill olub. Ancaq 1945-ci ilin may ayının 23-də onun yaratdığı hökumət istefa verib, Çörçilin siyasi karyerasının qarşısına yenidən sədlər çəkilib. O, seçkilərdə məğlub olaraq Baş nazir vəzifəsindən azad olunub, bununla da ölkənin ictimai və siyasi həyatından uzaq düşüb. Hətta bəzən o, bunu ingilislərə bağışlamayacağını da söyləyib.

Bütün bunlara baxmayaraq, Uinston Çörçil ruhdan düşməyib, özündə cəsarət tapıb, yenidən siyasi mübarizəyə atılıb.

“Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir” – söyləyən sabiq baş nazir gələcəyə nikbinliklə baxıb.

1951-ci ilin oktyabr ayının 25-də mühafizəkarlar yenidən seçkilərin qalibi olub və Çörçil də yenidən Baş nazir kürsüsündə əyləşib. 1955-ci ildə isə gənc mühafizəkarlar artıq enerjisini itirməkdə olan Çörçili siyasi arenadan uzaqlaşdırıblar. Bu ərəfədə o, özünün çox məşhur dörd cildlik “İngilisdilli xalqların tarixi” əsərini yazıb.

Çörçilin həyat tərzinin qəribə özünəməxsuzluqları olub. Onun çox populyar olan  həyat devizi bu günə qədər də ingilislərin yaddaşından silinməyib: “Gündə 5-6 siqar, 3-4 qədəh viski və heç bir idman hərəkətləri”. O, siqarası, şlyapası, salamlaşanda əli ilə “V” işarəsinin (bu qələbə deməkdir) göstərməsi ilə fərqlənib, sevilib, qəbul olunub.

Uinston Çörçil siyasi fəaliyyəti ilə yanaşı, kifayət qədər ciddi yaradıcılıq fəaliyyəti ilə də məşğul olub. Doğma dilini hədsiz dərəcədə sevən siyasətçinin “öz dilini yaxşı bilməyən, başqasının dilini öyrənə bilməz” ifadəsi doğma dilə doğma münasibətin vacibliyinin təzahürü olub. O, qeyri adi natiqlik qabiliyyətinə malik siyasətçilərdən biri kimi yadda qalıb. Onun şifahi çıxışlarındakı güclü məntiq, fikir ardıcıllığı, ifadə tərzi hətta mütəxəssislər tərəfindən belə canlı əsər kimi qiymətləndirilib.

Çörçilin gərgin yaradıcılıq fəaliyyətinin nəticələrindən biri onun 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görulməsi olub. O, bu mükafatı “Tarixi və bioqrafik xarakterli əsərlər yaratmaqda böyük ustalığına və yüksək insanlıq dəyərlərini qoruya bildiyi çox gözəl natiqlik qabiliyyətinə görə” alıb.

Elə həmin il Baş nazir kraliça ikinci Yelizaveta tərəfindən ən yüksək fəxri ada – “Bağlama ordeni”nə layiq görülüb. 1963-cü ildə britaniyalı siyasətçiyə Amerika Birləşmiş Ştatlarının fəxri vətəndaşı adı verilib.

2002-ci ildə isə BBC teleradio şirkətinin bir milyon insan arasında apardığı sosial sorğu nəticəsində Çörçil bütün dövrlərin ən dahi britaniyalısı seçilib. Bütün bunlar Uinston Çörçilin layiq göruldüyü çoxsaylı mükafatların yalnız bir qismidir.

Çörçil layiq görüldüyü mükafatlarla tanınan şəxsiyyətlərdən olmayıb. Əksinə, bir çox hallarda mükafatlar Çörçilə təqdim olunan zaman populyarlıq qazanıb. Təsadüfi deyil ki, Londonda parlament binasının qarşısında ona ucaldılan abidənin üstündə hec bir titul yazılmayıb. Yəqin ki, yeganə yazılan söz – “Çörçil” adı onun varlığının təsdiqinə kifayətdir.

Uinston Çörçil ömrünün son illərini tənha, ruhi sarsıntılar içində, cansıxıcı həyat tərzi ilə yaşayıb. 1965-ci ilin yanvar ayında ölüm yatağında olarkən bunu özü də etiraf edib: “Hər şey necə də cansıxıcıdır”.

Və beləliklə, “Mən Tanrı ilə görüşə hazıram. Bəs, Tanrı bu çətin sınağa hazırdırmı?” deyərək, Tanrının “görüş”ünə tələsib.

Modern.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button