Bizim tərcüməDünya

Tanzaniyada Marburq virusu xəbərdarlığı! 5 nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Tanzaniyanın Səhiyyə Naziri Ummy Mvalimu, ilk dəfə sirli bir xəstəlikdən öldüyü elan edilən 5 nəfərin cəsədlərindən alınan nümunələrdə Marburq virusunun aşkar edildiyini açıqlayıb. Xəstəxanada 3 nəfərin müalicəsinin davam etdiyini bildirən Mvalimu təmasda olan 161 nəfərin izlənildiyini bildirib.

Mvalimu ölkədə çaxnaşma və ya iqtisadi fəaliyyətləri dayandırmağa ehtiyac olmadığını, xəstəliyi nəzarətdə saxlamağa çalışdıqlarını ifadə etdi.

Saytların yığılması Saytlarin yigilmasi

Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib.

Meyvə yarasaları vasitəsilə ötürülən Marburq virusu insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş şəxslərdə yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi əlamətlər birdən-birə baş verir və bir çox xəstələrdə 7 gün ərzində ağır hemorragik simptomlar inkişaf edir.

Peyvəndi və ya xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti yüzdə 23-90 arasında dəyişir.

2005-ci ildə Anqolada Marburq virusunun yayılması zamanı virusa yoluxan 252 nəfərin 90 faizi öldü. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button