2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tarif Şurası dövlət qulluğuna qəbul imtahanlarına ‘qiymət qoydu’

Mayın 23-də Tarif Şurası Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin qiymətlərinin tənzimlənməsi məsələsinə baxıb.

Bu haqda qurumun press-relizində bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qurum qərarın Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla qəbul edildiyini bildirir.

Qəbul edilmiş qərarla Nazirlər Kabinetinin dövlət qulluğuna qəbula bağlı keçirilən test imtahanları qaydasına əsasən 7 qrup üzrə ödənişli xidmətlərin tarifləri müəyyən edilib.

Buna da bax:​ DİM ikinci qəbul imtahanı ilə bağlı açıqlama yayıb

Tarif 10-110 manat arasında müəyyənləşdirilib.

Tarif Şurası bundan əvvəl 2017-ci ilin martında Dövlət İmtahan Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin tarifləri ilə bağlı qərar vermişdi.

Həmin vaxt Şura Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilən qaydalara əsasən 9 qrup üzrə ödənişli xidmətlərin tariflərini müəyyənləşdirmişdi. Xidmətlərin tarifləri imtahanların növündən asılı olaraq 10-100 manat arasında müəyyən edilmişdi.

Xatırlatma

Azərbaycanda bu ildən qəbul imtahanları pullu olub.

Buna da bax:​ İmtahan pulunun məbləği bilindi – 10-100 manat

Ancaq, orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı imtahanlarda ilk dəfə iştirakda pul ödənilmir. Bundan başqa, ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə ilk dəfə qəbul olmaq istəyənlər də imtahanlarda ödəniş etməyiblər.

Prezident İlham Əliyevin fevralın 24-də tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında verdiyi sərəncamda bu məsələlər öz əksini tapmışdı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button