2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Tarif Şurasına təşəkkür!

Əziz və hörmətli, Traif Şurası!

Avtobus və metroda gediş haqqının 50% artımından sonra inkişafımızı gözü götürməyən bəzi naşükür insanlar bunu lağlağıya çevirdi, bu mükəmməl qərarınızın üzərinə kölgə salmağa cəhd etdi.

Lakin qədirbilən xalqımız onların bu məkirli niyyətini anında dərk etmiş və möhtərəm prezidentimizin ətrafında daha da sıx birləşmişdir.

Saytların yığılması Saytlarin yigilmasi

Hörmətli, Şura üzvləri!

Mən şəxsən özümün və bütün avtobus sərnişinlərinin adından sizlərə dərin minnətdarlığımı bildirməyi özümə şərəf bilirəm. Bu qürurlu şərəfin bir neçə səbəbi var. Ən başlıcası 50 faizlik qiymət artımından sonra sərnişinlər özlərini ən az Sizlər qədər vacib insan hesab edəcəklər. Yəqin ki, qərar verməzdən əvvəl Sizlərin də düşündüyünüz bu məqamı faş etdiyimə görə məni qınamazsınız. Bəli, mən bu həqiqəti yazacağam!

Əziz sərnişinlər!

Məlum qiymət artımından sonra sizlər artıq seçilmiş insanlara çevriləcəksiniz. Təsəvvür edin, Tarif Şurasının bütün üzvləri bahalı avtomobillərdə gəzir, bu lüksun verdiyi həzzi yaşayır. Məhz bu qiymət artımından sonra siz də bahalı avtomobildə gəzməyin həzzini yaşamış olacaqsınız. Buna görə, Tarif Şurasının üzvlərinə nə qədər təşəkkür etsək azdır.

Əziz və hörmətli Şura üzvləri!

Qərar anında hər birinizin məhz bu məqamı düşünüb, Qafqazın lider dövlətinin sakinlərinin bahalı maşınlarda gəzməyini təmin etmək məqsədi daşıdığınızı bəyan etdim.

İcazənizlə, indi ikinci əsas məqama toxunmaq istəyirəm.

Siz qəbul etdiyiniz mükəmməl qərarı şərh edərkən utancaqcasına MDB ölkələri arasında ən ucuz nəqliyyat vasitəsinin məhz Azərbaycanda olduğunu mətnin bir hissəsində gizlətmisiniz. Açığı, mən də xarici ölkələrdə olarkən sərnişindaşımadakı qiymətləri görərkən çox utanırdım. Hətta mən xarici dostlarıma “bizdə sərnişin daşıma qiymətləri sizdən ucuzdur” deyib özümüzü guya kasıbımış kimi təqdim etməkdən qaçırdım. Təsəvvür edin, biz dünyanın iqtisadi inkişaf tempinə görə ən öndəgedən ölkəsi olsaq da, pis kasıblar kimi istifadə etdiyimiz nəqliyyata cüzi məbləğ ödəyirdik. Bu isə həm məni, həm  də həmvətənlərimizi ciddi şəkildə narahat edirdi.

Əziz və hörmətli, Şura üzvləri!

Bir daha bizi düşünərək mühüm qərar qəbul etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirməklə yanaşı, təklif edirəm ki, xalqa daha bir yaxşılıqda bulunasınız. Xahişim maaşların həcminin ən az 50 faiz azaldılması ilə bağlıdır. Bizlərin bir daha xoşbəxt edilməsi üçün maaşların azaldılması təklifi ilə aidiyyaytı qirimılara müraciət edərək, köməyinizi əsairgəməyəsiniz.

İnanın ki, siz bu müraciətiniz “Tarif Şurası hər zaman qiymət artırır” deyən bədxahların da ağzını bağlamaqla dövlət və dövlətçiliyimizə böyük xidmət etmiş olarsınız!

Vüqar Qurdqanlı

 

P.S. Müəllifi söymək qəti qadağandır!

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button