24saat.org "Tarif Şurasının qərarı normaldır" - DEPUTATDAN AÇIQLAMA - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
“Tarif Şurasının qərarı normaldır” – DEPUTATDAN AÇIQLAMA

Atasına qızıldan heykəl qoyduran deputat Tarif Şurasının qərarını dəstəklədi

Milli Məclisin deputatı Rüstəm Xəlilov Tarif Şurasının metro və avtobuslarda gediş haqqının artırılması ilə bağlı qərarına münasibət bildirib.

R.Xəlilov deyib ki, bu qərara normal yanaşmaq lazımdır:

“Burada şou yaratmağa ehtiyac yoxdur. Tarif Şurası baxıb, müzakirə edib və müvafiq qərar qəbul edib. Burada qeyri-adi nə isə yoxdur. Bir çox ölkələrdə bu cür qərarlar verilir”.
Deputat sərnişindaşıma nəqliyyatında olan qiymət artımının digər sahələrə təsir göstərməyəcəyini söyləyib:

“Bu qərarın digər sahələrdə də qiymət artımına gətirəcəyi ilə bağlı səslənən fikirləri düzgün qəbul etmirəm. Bu cür düşünmək doğru deyil. Tarif Şurasının qərarı normaldır. Bu, dünyanın hər yerində olur. Eyni zamanda Azərbaycanda da ola bilər”. (Ölkə.Az)
24saat.org xatrıladır ki, parlamentin “lal deputat”larından olan Rüstəm Xəlilov bir müddət əvvəl medianın gündəminə atasına qızıldan heykəl qoydurması ilə gəlmişdi.

Sabirabad rayonunun deputatı olan Rüstəm Xəlilov atası Gülabba Xəlilov üçün heykəli Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında qoydurub. Onun bu addımı sosial şəbəkələrdə sərt tənqid olunmuşdu.

Sosial şəbəkələrdə yazılanlara görə, kənd sakinləri mühim günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir. Bundan başqa, heykəl şəhidlər lövhəsinin qarşısında qoyulub.
Məsələyə münasibət bildirən deputat bildirmişdi ki, foronu yayan cəfəngiyyat danışır. “Onun söylədiyi fikirlərin hamısı iftira və yalandır. Birincisi, o heykəl deyil, büstdür. Atam sosialist əməyi qəhrəmanıdır, deputat olub. Sovet İttifaqı dövründə öz zəhməti və bacarığı hesabına xeyli sayda mükafat alıb. Ulu öndər Heydər Əliyev 7 dəfə bizim kəndimizdə olub, atamla xatirə fotoları var və sairə. İndi hansısa bir adam durub atam haqqında ağılına gələn cəfəng fikirlər səsləndirir. Mən həmin adama cavab verməyi belə özümə yaraşdırmıram”.

Xatırladaq ki, Şamaxı rayon sakini Cəbrayılov Ağamikayıl Oruc oğlu deputat Rüstəm Xəlilov barədə ciddi ittihamlar irəli sürüb.
O qeyd edib ki, deputat və qardaşı onun yaxın qohumlarına qarşı qərəzli olmaqla yanaşı, onları yaşadıqları kənddən sürgün etdirməyə çalışır.

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.