2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Tarif Şurasının qərarı bütün təbəqələrin, eləcə də YAP-çıların marağına ziddir”

Sərdar Cəlaloğlu: “Bu məsələdə iqtidarı müdafiə edən şəxslər də öz sözünü deməldir”

Tarif Şurasının işıq və qazın qiymətini bahalaşdıran son qərarı cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Maraqlıdır, müxalifət bu qərara etiraz əlaməti olaraq hər hansı addım atmağı planlaşdırrımı?

24saat.org-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bu problemin yalnız müxalifətin deyil, bütün xalqın problemi olduğunu və bu səbədən də bütün təbəqələrin buna öz münasibətini ortaya qoymasının vacib olduğunu qeyd etdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Bir çox partiya ilə birlikdə şənbə günü Tarif Şurasının qərarı ilə bağlı ictimaiyyətin də iştirakı ilə tədbir keçirmək niyyətimiz var. Bunun xaricində hər hansı aksiya keçirmək fikrimiz yoxdur. İşıq və qazın qiymətinin artırılması bütün millətin, bütün təbəqələrin maraqlarına ziddir. Bu, yalnız müxalifətə aid olan bir iş deyil. Bu, həm də iqtidarı müdafiə edən insanların da maraqlarına zərbədir. Bu məsələdə iqtidarı müdafiə edən şəxslər də öz sözünü deməldir. Hər şeyi müxalifət deməli deyil ki… Azərbaycan xalqının iqtidrlı-müxalifətli bütün problemlərini müxalifət öz çiyninə götürməyib ki…

Bu, bütün xalqa aid olan bir məsələdir. Guya YAP-çılar bu işıq pulunu, qaz pulunu ödəməyəcək? Bu məsələdə iqtidar rəsmiləri də öz mövqeyini ortaya qoymalı, jurnalistlər bu məsələ ilə bağlı onların da fikrini öyrənməlidir”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button