2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Tarif Şurasının qərarı ilə qazın qiymətinin qaldırılması cəmiyyət tərəfindən birmənalı olaraq mənfi qarşılanıb. Hökumət qiymət artımını diferensial qiymət tənzimlənməsi kimi təqdim etsə də, bunun vətəndaşların büdcəsinə əhəmiyyətli təsir göstərməyəcəyi barədə iddialar səsləndirilsə də, cəmiyyət bu yalan olduğunu düşünür.

Vətəndaşlar haqlı olaraq böhran üzündən yaşayış şərtlərinin ağırlaşdığı bir vaxtda hökumətin niyə belə addım atdığı barədə suallara cavab axtar.

Hökumətin qiymət artımını əsaslandırmaq üçün gətirdiyi arqument də ayrıca müzakirə mövzusudur. Məlumat üçün deyək ki, mavi yanacağın bahalaşması Azərbaycanın xarici şirkətlərdən qaz alması ilə əsaslandırılır. Ortaya haqlı sual çıxır: Xarici şirkətdən dollarla qaz alan Azərbaycan niyə məsələn, Gürcüstandakı erməni kilsəsinə qazı havayı verir. Hələ biz onu demirik ki, Azərbaycan özü xaricə qaz satır və araşdırmalar nəticəsində məlum olur ki, Azərbaycanın qaz satdığı ölkələrdə mavi yanacaq o qədər də baha deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Başqa bir maraqlı məqam isə BP şirkətinin Azərbaycana verdiyi səmt qazı ilə bağlıdır. Hər il bu şirkətin ölkəmizə 2-2.3 milyard kubmetr qaz verdiyi barədə məlumatlar var. Özü də təmənnasız. 2016-cı ilin birinci yarısındı şirkət Azərbaycana 1.3 milyard kubmetr səmt qazı verib. Bunu “BP Azərbaycan” şirkətinin prezidenti Qordon Birrel deyib.

Ekspertlərin fikrincə, BP-nin Azərbaycana verdiyi səmt qazı bəs edir ki, qiymətlər aşağı salınsın. Amma hökumət bunun əksini edir. Rəsmi statistikaya görə, Azəriqaz İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 1 milyon 954 mindən çox istehlakçını təbii qazla təmin edir. BP şirkətinin Azərbaycana təmannasız verdiyi səmt qazı (2 milyard kubmetr) ilə bütün abonentlərə il ərzində 1023 kubmetr PULSUZ mavi yanacaq vermək mümkündür. Xatırladaq ki, Azərbaycanda il ərzində əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılara mavi yanacağın bir kubmetri əvvəl olduğu kimi 10 qəpikdən hesablanacaq. Başqa sözlə, hökumət pulsuz aldığı qazı əhaliyə 10 qəpikdən, pulla aldığı qazı isə 20 qəpikdən satır.

Bu isə differensiallaşma yox, soyğun deməkdir!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button