2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Tarixçi alimin yeni monoqrafiyası Türkiyədə nəşr edilib

Bakı/17.01.22 Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix – Coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru Sevinc Əliyevanın  “Şimali Qafqaz dövlətlərinin yaranması: Türkiyə və Azərbaycanın köməyindən Rusiyanın işğalına qədər (1918 – 1920)” adlı yeni monoqrafiyası  işıq üzü görüb.

Əsər 1918-1920-ci illərdə Şimali Qafqazda müstəqil dövlətlərin yaranmasında Türkiyənin roluna həsr olunub.

Kitabda 1918-ci ildə Türkiyənin Azərbaycan Xalq Cümhuriyyətinə təsiri və yardımı mövzusu tarixşünaslıqda geniş şəkildə tədqiq edilib. Geniş arxiv sənədləri əsasında Türkiyənin xarici siyasətinin məqsəd və vəzifələrini, Türkiyənin müxtəlif ictimai-siyasi təşkilatlarının maraqlarını, xarici siyasətin və geosiyasi maraqların regiona təsirini öyrənmək imkanı əldə edilib. Sözügedən sənədlər vasitəsilə Mudros barışığından sonra da türk zabit və əsgərlərinin və azərbaycanlı könüllülərin Şimali Qafqazdakı müsəlman qardaşlarına heç bir maraq güdmədən yardımını görmək mümkündür. Türk xalqı və türk ordusu ölkədəki çətinliklərə baxmayaraq, bolşevik, daşnak və ağqvardiya təhlükəsi qarşısında Qafqaz müsəlmanlarını yardımsız qoymadı.

Saytların yığılması Saytlarin yigilmasi

Monoqrafiyada Türk ordusu ilə yanaşı türk və azərbaycanlı könüllülərin Şimali Qafqazdakı fəaliyyətləri, o dövrə aid xatirələrin, dövrü mətbuatın və arxiv sənədlərinin analizi, Qafqaz xalqlarının və liderlərinin türklərə qarşı münasibəti diqqətli və əhatəli bir şəkildə tədqiq edilib. Bölgədəki işlər və fəaliyyətlər detallı olaraq təhlil edilib.

Qeyd edək ki, tarix elmlər doktoru Sevinc Əliyevanın tədqiqatları və kitabları həm Azərbaycanda, həm də Rusiyada: Moskvada, Kazanda, Rostovda, Qroznıda və digər yerlərdə çap olunub. 322 səhifəlik sözügedən monoqrafiya müəllifin Türkiyədə çap olunan ilk kitabıdır. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button