2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Tarixi abidələr xalqın pasportudur və bu gün həmin pasport məhv edilir”

 

Dilavər Əzimli: “Tarixi abidələri məhv edənlərin milləti olmur”

Son vaxtlar bəzi ziyalılar Bakıdakı tarixi abidələrin məhv edilməsi, dağıdılması ilə bağlı narahatlıqlarını dilə gətirməkdədir. Maraqlıdır ki, hər zaman tariximizin, tarixi abidələrimizin ermənilər tərəfindən məhv edildiy iddia edilib. Bildirilib ki, ermənilər tarixi abidələrimizi məhv etməklə bizim maddi-mənəvi abidələrdən məhrum etmək, keçmişlə bu günümüz arasındakı bağları qırmaq istəyirlər. Bu mənada Bakıdakı tarixi abidələrimizi məhv edənlərlə ermənilərin etdikləri arasında bir fərq varmı? Traixi abidələrin hansı adla, kimin əli ilə,  hansı vasitə ilə dağıdılmasının nəticə etibari ilə bir fərqi varmı? Bunların hər ikisi Azərbaycan tarixi üçün zərbə deyilmi?

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlı 24saat.org-a açıqlama verən AMEA-nın Tarix İnstitutunun elmi işçisi,  Bütöv Azərbaycan Ocaqlarının sözçüsü, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli tarixi abidələrin məhv edilməsinin bağışlanılmaz olduğunu qeyd edib:

“Tarixi abidələr xalqın pasportudur. Onu məhv etmək xalqı məhv etmək deməkdir. Bir xalqı məhv etmək üçün onun yaddaşını məhv etmək lazımdır. Yaddaşı da tarixi abidələr yaradır. Mənim aləmimdə tarixi abidələri məhv edənlərin milləti olmur. Erməni və yaxud bizimki…. Fərqi yoxdur…. Biz daima şikayətlənirik ki, ermənilər Dağlıq Qarabağda tarixi abidələrimizi məhv edirlər. Bəs özümüz? Önda özümüzdən kimə şikayət edəcəyik? Dəhşətdir? Bunları uçuran kimdir? Onları kim tərbiyə edibdir? Onlar necə təhsil alıblar? Bakınının tarixi abidələrini məhv etmək nə deməkdir? Hətta o yerə çatdılar ki, İşərişəhərin qala divarınında da uçurdular.

Şəkidə bizim bir arxeoloq dostumuz vardır: Nəsib Muxtarov. Bu abidələrdən ötəri başı nələr çəkibdir? Desəm, dəhşətə gələrsiniz. Bu mənda tarixi abidələru uçuran təkcə millətin deyil, bəşəriyyətin düşmənidir. Baxın, İraqda məhv edilən abidələrə….Onları kimlər məhv edir? Bu mənda tarixi abidələri məhv edənlərin hamısı qınanmalı və lənətlənməlidir!”

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button