Bizim tərcüməDünya

Tarixin ən yüksək dövriyyəsi hərrac! 1,5 milyard dollar satış: Microsoft-un həmtəsisçisi Allenin kolleksiyası

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Paul Allen 1975-ci ildə Bill Gates ilə birlikdə Microsoft-u qurdu. Bununla belə, Allen kolleksiyasındakı məşhur adların əsərləri ilə indi gündəmdədir. Milli.Az BBC-yə istinadən bildirir ki, Allenin kolleksiyası Londondakı Christie’s hərracında satışa çıxarılıb. Nəticə tarixi bir satış oldu.

Hərrac evi Vincent van Gogh, Georges Seurat, Paul Gauguin, Paul Sezanne və Gustav Klimt kimi məşhur adların əsərlərinin yer aldığı kolleksiyanın tarixin “ən yüksək dövriyyəsi” hərrac olduğunu açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əsərlərin hər birinin 100 milyon dollardan çox alıcı tapdığına diqqət çəkən hərrac evi, sənətçilərin əsərlərinin də öz rekordlarını qırdığını vurğuladı.

Christie’s Seuratın “Modellər” əsərini 149,2 milyon dollara, Vinsent van Qoqun “Sərv bağı”nı 117,2 milyon dollara, Qoqinin “Analıq” əsərini 105,7 milyon dollara satır.

Bundan əlavə, Christie’s Corciya O’Kif, Klod Monet, Devid Hokni, Endryu Uayt və Pablo Pikassonun əsərlərinin də hərracda satıldığı barədə məlumat paylaşıb.

Bildirilir ki, hərracdan əldə olunan gəlir Allen tərəfindən müəyyən edilən xeyriyyə təşkilatlarına bağışlanacaq.

Amerikalı bir kolleksiyaçının bu il 922 milyon dollara aldığı Macklowe kolleksiyası satış qiyməti ilə bu sahədə rekorda sahibdir. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button