SEÇMƏ

Tarkan bir milyonluq konsertlə səhnəyə qayıdır

Yayımlandı: 12 Oktyabr 2022 14:52

Konsert Yeni il gecəsi Kiprdə baş tutacaq

Pandemiya ilə əlaqədar yaradıcılığına fasilə verən türkiyəli müğənni Tarkan yenidən səhnəyə qayıdır.

Sənətçinin Yeni il gecəsi Kiprdə bir milyon avroya konsert proqramı ilə çıxış edəcəyi bildirilir.

Müğənni 2022-ci il sentyabrın 9-da verdiyi konsertdən əldə etdiyi qonorarı Təhsil Könüllüləri Fondu, “Bənövşəyi dam” Qadın Sığınacağı Fondu və “Darüşşafaka” Təhsil Müəssisələrinə bağışladığı bildirilir.

Tarkan pandemiya başlayandan yaradıcılıq fəaliyyətini dayandıraraq ailəsi ilə birgə Almaniyaya köçmüşdü.

Müğənni ona edilən konsert təkliflərindən də imtina edirdi.

Bir neçə illik fasilədən sonra 2022-ci ilin fevarlında “Geççek” adlı klipi yayımlanıb.

Müğənni yeni mahnısını pandemiyaya, 2021-ci ilin iyul-avqust aylarında Türkiyədəki meşə yanğınlarına, ümumilikdə, son bir neçə ildə dünyada baş verən hadisələrə həsr etdiyini deyib.

İfaçının klipi geniş müzakirələrə səbəb olub, hətta Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) da mahnıya reaksiya verib.

Meydan TV

Gözdən qaçırmayın:  XİN: Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobili atəşə tutulub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button