Loading...
Loading...
ÖLKƏ

Tatarıstan prezident titulundan imtina etməyəcəyini bildirib

Tatarıstan Respublikasının regional parlamenti – Dövlət Şurası, Rusiya Federasiyasının “Federasiya subyektlərində ictimai hakimiyyətin təşkil olunmasının ümumu prinsipləri” haqqında qanun layihəsini dəstəkləməyib.

Bu qanun layihəsini nüfuzlu Rusiya millət vəkili və senator təklif edib.

Rusiya Konstitusiyasına edilmiş son dəyişikliklərə əsaslanan qanun layihəsində deyilir ki, Rusiya Federasiyasının subyektlərinə başçılıq edən şəxslərin titulu sadəcə “icra başçısı” olmalıdır.

Hazırda Rusiya bölgələrinin başçıları qubernator adlandırılır. Bu qaydadan yalnız Tatarıstan üçün istisna edilmişdi.

Əslində Tatarıstan başçısının prezident titulu olan yeganə federasiya subyektidir.

Tatarıstan Dövlət Şurası dövlət quruculuğu komitəsinin sədri Albert Xabibullin deyib ki, Rusiya millət vəkilləri Pavel KraşennikovAndrey Klişasın təkllif etdikləri layihənin bir sıra müddəaları bir “demokratik dövlət” kimi Rusiya Konstitusiyasına ziddir.

Xabibullin deyib ki, belə müddəalardan biri də regionlardakı başçıların vəzifə adlarının eyniləşdirilməsinə dairdir.

Sözü gedən qanun layihəsinin qəbul olunmamasına Tatarıstan parlamentinin 82 deputatı yekdilliklə səs verib.

Klişas və Kraşennikov

Tatarıstan 1990-cı illərin əvvəllərində özünü Rusiya Federasiyası ilə müqavilə əsasında ittifaqda olan suveren respublika elan edib.

Sonrakı illərdə Tatarıstanın bir çox səlahiyyətləri ləğv olunub və o bir çox məsələlərdə federasiyanın başqa subyektləri ilə eyniləşdirilib.

Buna baxmayaraq respublikanın suverenlik atributlarından bəziləri, o cümlədən Tatarıstan başçısının prezident adlanmasına dair müddəa saxlanlıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Tatarıstan Dövlət Şurasının qərarı Rusiya Federasiyasının sözü gedən layihəni qəbul etməsinə mane ola bilməz, beləki federasiya subyektləri veto hüququna malik deyillər.

Klişas və Kraşennikovun təklif etdikləri qanun layihələri adətən Kreml tərəfindən dəstəklənir və buna görə də birmənalı şəkildə qəbul olunur.

Pavel Kraşennkiov bundan əvvəl izah etmişdi ki, qanun layihəsində Moskva merinin və Sankt Peterburq, habelə ilhaq olunmuş Krımdakı Sevastopol qubernatorlarının titullarının ləğv olunması nəzərdə tutulmur.

Lakin o Tatarıstan prezidentinin titulu barədə heç nə deməmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button