2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tavanı çökmək üzrə olan yataqxananın su dərdi

Yayımlandı: 31 Yanvar 2023 11:25

“Hazırda evin bütün əşyaları, o cümlədən də çarpayılar suyun içindədir”

“Yaşadığımız yataqxananın kanalizasiya sistemi sıradan çıxıb, daim su axdığından tavan və döşəmə çökmək üzrədir. Yuxarı mərtəbədən tökülən kanalizasiya axıntısının qarşısını almaq üçün tavana sellofan torbalar yapışdırırıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Göyçay şəhəri Heydər Əliyev prospekti  209 ünvanındakı Peşə Liseyinin yataqxanasında yaşayan Validə Rəhimova söyləyib. Şikayətçi deyib ki, nəmişlikdən divarlar qaralıb, kərpic ovulub tökülür:

“23 ildir bu yataqxanada yaşayıram. Hazırda evin bütün əşyaları, o cümlədən də çarpayılar suyun içindədir. Binaya içməli su ümumi verilir, otaqlara sayğac quraşdırılmayıb”.

V.Rəhimovanın sözlərinə görə, 1 ildən artıqdır suyun krantı xarab olub. Nəticədə içməli su israf edilir.

“Belə səhlənkarlıq səbəbindən su itkiyə gedir. Yəni yayda Göyçay Su Kanal İdarəsinin məsuliyyətsizliyi ücbatından sakinlərin əksəriyyəti su üzünə həsrət qalır”,-şikayətçi söyləyib. Qeyd edib ki, nəmişlik və antisanitariya səbəbindən xəstəlik tapıblar: “Müxtəlif xəstəliklərə düçar olan 15 yaşlı nəvəm 1 il öncə vəfat etdi. Dəfələrlə “Azərsu” Səhmdar Cəmiyyətinin Göyçay Su Kanal İdarəsinə müraciət etmişəm. İdarənin Kazım adlı vəzifəli şəxsinin qəbulunda da olmuşam. Lakin bildirib ki, idarənin balansında kifayət qədər vəsait yoxdur”.

“Göyçay Su-Kanal” Törəmə Səhmdar Cəmiyyətinin rəhbəri İlham Kərimov Meydan TV-yə məsələdən xəbərdar olduqlarını bildirib: “Həmin sakin yataqxanada qeyri-qanuni məskunlaşıb. Yataqxanada tələbələrin qalacağı otaqlar tutulub. Sayğac yoxdur və qaldıqları yerin krantını belə dəyişmirlər. Onlar bizim idarəyə deyil, yataqxananın tabe olduğu peşə liseyinə müraciət etməlidirlər”.

Peşə liseyindən isə məsələ ilə bağlı danışmaq istəməyiblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button