2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Taxıl qiymətləri ucuzlaşacaq – Bu tarixdən

Xəbər verdiyimiz kimi, iyulun 13-də Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş tutub.

Belə ki, nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.

Saytların yığılması Saytlarin yigilmasi

Müzakirələrin nəticəsi olaraq tərəflər Koordinasiya mərkəzinin yaradılmasını razışladırıblar. Ümumilikdə isə müzakirələrin nəticəsi olaraq Ukrayna taxılının dnüya bazarına çıxarılması istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Digər tərəfdən, dünyanın digər böyük taxıl ixracatçılarından olan Qazaxıstandan da mühüm açıqlamalar gəlib. Qazaxıstan hökuməti Azərbaycanın da daxil olduğu 10 ölkəyə taxıl ixracını artırmaq niyyətində olduqlarını açıqlayıb.

Təbii ki, Ukrayna və Qazaxıstandan dünya bazarına daha çox taxılın çıxarılması qiymətlərdə də azalmanın olacağı ehtimalını gücləndirib.

Təbii ki, Ukrayna və Qazaxıstandan dünya bazarına daha çox taxılın çıxarılması qiymətlərdə də azalmanın olacağı ehtimalını gücləndirib.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert artıq sözügedən irəliləyişlərin qiymətlərə təsir etməyə başladığını bildirib:

“Artıq dünya birjalarında bir buşel (təqribən 27,2 kq) taxılın qiymətində 5%-ə yaxın ucuzlaşma müşahidə olunur. Yəni bu xəbərlər birbaşa qiymətlərə təsir edib. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində taxıl bazarına dəyən ziyanın bir hissəsi Türkiyə vasitəsilə aradan qalxarsa, bu qiymət artımın səngiməsinə səbəb ola bilər.

Çünki Ukraynanın ixracatında zatən irəliləyiş var idi. Quru yolları və Dunay çayı vasitəsilə 5 milyon tona yaxın Ukrayna taxılını Avropaya çıxarmaq mümkün olmuşdu. İndi təqribən 15 milyon tona yaxın taxıl Ukrayna anbarlarında qalıb. Bu da boşaldılmalıdır ki, payızda yığım zamanı anbarlarda yer olsun. Bu çox vacib texniki məsələdir”.

Ekspertin sözlərinə görə, Ukraynadan gələcək taxılın əsasən Afrika və Asiya bazarlarına çıxarılması nəzərdə tutulur:

Düşünürəm ki, anlaşmadan sonra, artıq taxıl bazarında müəyyən dərəcədə rahatlama olacaq və nəticə etibarilə bu, qiymətlərin enməsinə təsir edən amilə çevrilə bilər.
Əgər anlaşma pozulmasza, bu taxıl bazarına müsbət təsir göstərəcək. Məsələnin əsas məğzi də elə bundan ibarətdir. BMT rəsmisi də dünən qeyd etdi ki, əgər Rusiya anlaşmanı pozmasa, taxıl bazarında rahatlama mümkün olacaq”. (bizim.media)

“24 saat “Taxıl qiymətləri ucuzlaşacaq – Bu tarixdən” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button