Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Taxıl sazişi Azərbaycana da təsir edəcək – Ucuzlaşma olacaq

İyulun 22-də Rusiya, Türkiyə, BMTUkrayna nümayəndələri Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün saziş imzalayıblar. İstanbulda imzalanan taxıl sazişinin dünya bazarında qiymətlərə təsir edəcəyi proqnozlaşdırılır. Ekspertlər hesab edirlər ki, Ukraynadan taxıl ixracı bahalaşmanın və ərzaq böhranının qarşısının alınmasında mühüm rol oynaya bilər.

Belə məqamda xatırladaq ki, Azərbaycan buğdanın 75%-ni xaricdən idxal edir. Buna görə də taxılın qiymətindəki dəyişiklik Azərbaycan bazarından da yan keçmir.

Bəs, taxıl sazişi Azərbaycan bazarına necə təsir edəcək?

Bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycana təsir birbaşa dünya bazarındakı qiymətlərlə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan digər ölkələrdən taxıl alarkən ikitərəfli müqavilələr bağlansa da, taxılın dünya bazarındakı qiymətləri əsas götürülür:

Bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycana təsir birbaşa dünya bazarındakı qiymətlərlə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan digər ölkələrdən taxıl alarkən ikitərəfli müqavilələr bağlansa da, taxılın dünya bazarındakı qiymətləri əsas götürülür:

Azərbaycanın ən çox taxıl aldığı ölkə Rusiyadır. Keçən il taxıla olan tələbatımızın 80%-ni Rusiyadan almışıq. Ukrayndan ölkəyə taxıl daha az ixrac olunurdu. UkraynaRusiya taxılının dünya bazarına çıxmasının müsbət təsiri dünyada qiymətlərin düşməsinin Azərbaycanın ehtiyacı olan taxılı daha ucuz alma imkanları ola bilər. Hələlik qiymətlərdə ciddi dəyişiklik yoxdur. Çünki müqavilədən sonra Odessa limanının vurulması bəzi təhlükələrin hələ də olduğunu gündəmə gətirdi”.

N.Cəfərlinin fikrincə, bazar iştirakçıları müqavilənin tam gücüylə işləyəcəyinə inanmır:

“Ona görə də taxılın qiymətlərində ciddi dəyişiklik yoxdur. Heç olmasa gələn həftə ilk taxıl yüklü gəmilər Ukrayndan dünya bazarına çıxa bilsə, bazarda qiymətlərin dəyişməsinə təsir edəcək. Bazarda taxılın qiymətinin 15-20 faiz ucuzlaşması mümkündür. Hazırda taxılı Qazaxıstandan alırıq və oradan alınan taxılın ucuzlaşması mümkündür. Son iki ildə taxılın qiyməti çox bahalaşdığı üçün 15-20 faiz ucuzlaşma qiymətin çox da ucuzlaşması anlamına gəlmir. Çüni qiymətlər həddən artıq bahalaşıb”.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Nəticədə Ukraynanın Azov dənizi sahilləri tamamilə, Qara dəniz sahilləri isə qismən Rusiyanın nəzarətinə keçib. Həmçinin Rusiya donanması Ukraynanın işğal altında olmayan limanlarını blokadaya alıb. Bu səbəbdən Ukrayna taxılının dünya bazarına çıxarılması mümkün olmayıb.

İyulun 22-də İstanbulda əldə olunan razılaşma taxıl ixracının bərpa olunmasına gətirib çıxaca bilər. Ehtimal edilir ki, taxıl dəhlizi ilə bağlı İstanbulda imzalanan saziş dünya bazarlarına azı 25 milyon ton taxıl çıxarmağa imkan verəcək.

Məlumata görə, ilk mərhələdə Ukrayna limanlarında ərzaq daşıyan 80-nə yaxın gəmi blokadadan çıxarılacaq. Bu mexanizm işə salındıqdan sonra yaxın həftələr ərzində dünya bazarlarına təqribən 25 milyon ton taxıl çıxarmaq mümkün olacaq. (Modern.az)

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button