2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Taxtalı evin sakinləri mənzillərindən çıxarılır

Ülkər Kətənova 1992-ci ildən bu taxtalı evdə yaşadığını deyir. Evin bir otağı daşdan, o biri otağı taxtadandır. Ülkərin anası Sarıtel xanım danışır ki, Ermənistandan qaçqın düşəndə oradakı evi ilə bu həyət evini və qarşısındakı binadan 2 otağı erməni ilə dəyişdirib. Özü digər övladı ilə binadakı evdə, qızı isə ailəsi ilə həyətdəki taxtalı evdə qalır. Nəsimi rayon İcra Hakimiyyəti isə evdən çıxmaları ilə bağlı ailəyə xəbərdarlıq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Evin sənədləri olmasa da, ünvanı var- Mir Cəlal küçəsi 54, mənzil 117A. Yaşayış yerinə bütün kommunal xidmətlər çəkilib və sayğac qoyulub.

Nəsimi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərvanə Kazımzadə bildirir ki, həmin ərazidə binalar və onların həyətləri abadlaşdırılır. Şöbə müdiri məhkəmə qərarı olmadan, kompensasiya ödənilmədən evi sökəcəklərini deyir.

Ülkər Kətənova isə deyir ki, evindən çıxarılsa, qalmağa yeri yoxdur.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button