2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tbilisi: “Lavrovun Suxumidə dəniz gəzintisi “həyasızlığın son həddidir’’

Tbilisi Rusiyanın xarici işlər naziri Sergei Lavrovun özünü müstəqil elan etmiş Abxaziyaya səfərini «həyasızlıq» və Moskvanın Gürcüstan ərazilərinin ilhaqı yolunda növbəti addımı adlandırıb. Müxalifət hökuməti, nəhayət ki, sözdən əmələ keçməyə çağırır.

“HƏYASIZLIĞIN SON HƏDDİ”

Saytların yığılması Saytlarin yigilmasi

Tbilisi Sergei Lavrov-un özünü müstəqil elan etmiş Abxaziyanın rəhbərləri ilə danışıqlardan öncə Suxumidə dəniz kənarında gəzintisini “həyasızlığın son həddi” adlandırıb. Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi David Rakviashvili-nin sözlərinə görə, Rusiya xarici işlər nazirinin münaqişəli bölgəyə nümayişkəranə səfəri və Suxumidə səfirlik kompleksinin açılması Moskvanın əsl üzünü bir daha göstərib:

David Rakviashvili və Giorgi Margvelashvili

David Rakviashvili və Giorgi Margvelashvili

«Rusiyanın Qafqazdakı siyasəti tarixən həyasızdır. Məsələn, çərkəzləri qovub sonra həmin ərazidə Olimpiada keçirirlər. İndi cənab Lavrov cənab Karasinlə birlikdə bizim 100 minlərlə həmvətənimizin qovulduğu küçələrdə gəzişir. Və bu həyasızlıq beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Rusiyanın siyasi isteblişmenti ölkəmizə qarşı atdığı addmların əvəzini ən yüksək bədəllə ödəməlidir».

ƏLAQƏLƏRİ KƏSMƏYİN ZƏRƏRİ

Gürcüstan prezidenti də xüsusi bəyanat yayıb. Giorgi Margvelashvili dünya ictimaiyyətini Rusiyanın «güzəştli maraqlar siyasətini» sərt qınamağa çağırıb. Prezident vurğulayıb ki, xarici dövlətin təmsilçilərinin Gürcüstana səfərləri və ölkə ərazisində istənilən nümayəndəliklərin fəaliyyəti yalnız Gürcüstanın mərkəzi hökumətinin razılığı ilə mümkündür. Bütün qalan hallarda belə hərəkətlər həm Gürcüstan qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının pozulmasıdır. Bununla yanaşı, dövlət başçısı bütün məsələləri diplomatik müstəvidə nəzərdən keçirməyə hazır olduğunu ifadə edib və Rusiyanı konstruktiv dialoqa dəvət edib.

Hakim partiyanın nümayəndələri də dialoqun zəruri olduğunu düşünürlər. Parlamentin hüquq komitəsinin sədr müavini David Matikashvili-nin sözlərinə görə, Rusiyanın qəbuledilməz hərəkətləlrinə baxmayaraq, Moskva ilə bütün əlaqələri kəsmək zərərlidir:

«Bu, ölkəmizə qarşı daha bir təxribatçı addımdır. Biz beynəlxalq ictimaiyyətin dəstəyilə Rusiyanın işğal və ilhaq addımlarından imtina edəcəyi vaxtın gəlib çatması üçün hər şeyi edəcəyik. Danışıqların formatına gəlincə, onlar saxlanmalıdır. Çünki orada təkcə siyasi deyil, həm də insan hüquqlarının müdafiəsinə yönəlmiş humanitar məsələlər müzakirə edilir».

“SÖZDƏN ƏMƏLƏ KEÇMƏYİN VAXTIDIR”

Gürcüstan müxalifəti isə hesab edir ki, belə yanaşma onsuz da mürəkkəb vəziyyəti daha da çətinləşdirir. «Avropa Gürcüstanı»ndan Gigi Tsereteli deyir ki, sözdən əmələ keçməyin vaxtı çoxdan çatıb:

Tbilisi. Gürcüstan Xarici İşlər nazirliyi.

Tbilisi. Gürcüstan Xarici İşlər nazirliyi.

«Bu gün Gürcüstan hökumətinin yürütdüyü siyasət effektli deyil. Vəziyyət bundan pis ola bilməz. Qeyri-qanuni səfirlik açırlar, xarici işlər naziri açılışa gəlir. Tsxinvali regionunun adını dəyişirlər və s. Ona görə də beynəlxalq arenada çox düşünülmüş şəkildə hərəkət etmək lazımdır. Burada bəyanatlar kömək etməyəcək. Beynəlxalq ictimaiyyətin birləşməsi lazımdır. Rusiyanın BMT, yaxud ATƏT-də üzvlüyü məsələsini qaldırmaq lazımdır. Çünki bu gün Rusiya bütün bu təşkilatların prinsiplərini pozur».

“ABXAZ CƏMİYYƏTİ SEÇİM EDƏCƏK”

Ancaq Tbilisi inanır ki, Abxaziya sakinlərinin özləri Rusiya ilə bu qədər çox yaxınlaşmanın təhlükəsini anlayacaqlar. Barışıq və vətəndaş bərabərliyi naziri Ketevan Tsikhelashvili deyib:

«Mən yenə də ümid edirəm ki, abxaz cəmiyyəti bir tərəfdə tam ruslaşma perspektivi ilə digər tərəfdə dinc inkişaf, kimliyin qorunub saxlanması və daha yaxşı gələcək arasında ləyaqətli seçim edəcək».

Rusiyanın xarici işlər idarəsində isə bildiriblər ki, Sergei Lavrov-un Suxumidə apardığı danışıqlar “Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinə iddialarını davam etdirməsi, onlarla güc tətbiq etməmək haqda razılıqdan imtinası və cidd-cəhdlə NATO-ya can atması” fonunda Rusiya-abxaz münasibətlərinə əlavə təkan vermək məqsədi daşıyır.

 

(azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button