Siyasət

Tbilisi Yerevana və Bakıya yüksək səviyyədə dialoq üçün platforma təklif edir

Bakı/27.09.21 Gürcüstanın baş naziri İrakli Qaribaşvili bazar ertəsi keçirilən brifinqdə yüksək səviyyədə dialoqu irəlilətmək üçün Tbilisidə Ermənistan və Azərbaycanın yüksək vəzifəli şəxslərinin daimi əlaqələri üçün platfofrma yaratmağı təklif edib.

Bir müddət əvvəl, sentyabrın 25-də Qaribaşvili BMT Baş Assambleyasının 76-cı sessiyasında debatlarda çıxış edərkən belə deyib: “Biz regionumuzda sabitliyə yardım üçün Cənubi Qafqazda “Dinc qonşuluq təşəbbüsü” təklif edirik”.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan Tbilisinin Cənubi Qafqazdakı qonşuların və beynəlxalq tərəfdaşların daxil olduğu dinc qonşuluq təşəbbüsünün perspektivlərinin müzakirə ediləcəyi beynəlxalq görüşü qəbul etməsinə hazırdır.

“Geosiyasi nöqteyi-nəzərdən Qaradəniz regionunun əhəmiyyəti xeyli artır. Qaradəniz dinamik rəqabət şahmat taxtasının ön cərgəsindədir. Bura münaqişələrin idarə edilməsi mikrodünyasıdır: burada sülh və sabitlik qorunub saxlanacaqsa, başqa yerdə də buna nail olmaq olar. Buna görə bizim məqsədimiz bütün regionda sülh və sabitliyi təmin etməkdir. Biz regionumuzun sabitliyinə yardım üçün Cənubi Qafqazda “Dinc qonşuluq təşəbbüsü” təklif edirik.

Bu format dialoq və inam yaratmağa kömək edəcək və Amerikalı və Avropalı tərəfdaşlarımızla birlikdə ortaq maraqlarımız olan regional məsələlərin praktiki həlli olacaq. Gürcüstan Tbilisidə Cənubi Qafqazdakı qonşularının və beynəlxalq tərəfdaşların daxil olduğu dinc qonşuluq təşəbbüsünün perspektivlərinin müzakirə ediləcəyi beynəlxalq görüşü qəbul etməsinə hazırdır”, deyə Qaribaşvili bildirib.

“Gəlin, kiçik addımlarla etimad yaratmağa başlayaq, daha sonra digər regional və qlobal məsələlərin həllinə keçərik. Cənubi Qafqazda sabit sülh və ümumi strateji perspektiv bütün Qaradəniz regionu üçün faydalı olacaq, həmçinin Avropanın təhlükəsizliyinin daha geniş arxitekturası üçün də sabitliyi təmin edəcək”, deyə İrakli Qaribaşvili qeyd edib.

44 günlük müharibə başa çatdıqdan sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan region dövlətləri olan Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan arasında əməkdaşlığın inkişafı üçün “altılar platforması” yaratmaq planları haqqında təşəbbüslə çıxış edib. Gürcüstan və Ermənistan bu təşəbbüsə soyuq yanaşıb. Gürcüstan bunu Avropayönlü inkişaf istiqaməti ilə, Ermənistan isə AzərbaycanTürkiyə ilə mürəkkəb münasibətləri ilə əlaqələndirir. -0-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button