SiyasətXəbərlər

Tehran Azərbaycana dost olduğunu bildirir, lakin əməldə bunun əksini edir

Bakı/04.10.21Tehran Bakı və Yerevanla yaxşı münasibətlər saxlayır, bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə Ermənistan xarici işlər nazirinin İrana səfərini şərh edərkən bildirib.

 “İkitərəfli münasibətləri inkişaf etdirmək məqsədilə Ermənistan xarici işlər nazirinin Tehrana səfəri öncədən planlaşdırılıb. Səfər çərçivəsində siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Biz Azərbaycanla da, Ermənistanla da yaxşı münasibətləri saxlayırıq”, – İRNA agentliyi Xatibzadədən sitat gətirir.

Sonra o, Azərbaycanda İranla sərhəddə  “terrorçuların olması” ilə bağlı bir neçə gün öncə Tehrandan səslənən tezis təkrarlayıb. “Müharibə başlayandan biz hesabatlar aldıq və bizim azərbaycanlı həmkarlarımıza bu barədə məlumat verdik. Onlar əmin etdilər ki, başqa ölkələrə qarşı heç bir təhlükə yoxdur”.

İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsinə toxunan mətbuat katibi deyib ki, Tehran Bakı ilə danışıqların davam etdirilməsinə tərəfdardır.

“Biz azərbaycanlı dostlarımıza dedik ki, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bakı üçüncü ölkənin onun ərazisindən istifadə etməsinə imkan verməməlidir. İran öz təhlükəsizliyini təmin edə bilər, amma Azərbaycan da öz öhdəliklərini yerinə yetirməlidir”, – o bildirib. Xatibzadə həmçinin iranlı sürücülərin azərbaycanlı sərhədçilər tərəfindən həbsini tənqid edib.

Beləliklə, Tehran növbəti dəfə Bakıya qarşı iradlarını təsdiqləyən hər hansı sübut və ya dəlil təqdim etməyib. Həmçinin İran Tehranın Qarabağda separatçılarla birbaşa ticarətə dəstək verməsi və ermənilərin Azərbaycanın ərazi bütövlüyünü pozmasına məhəl qoymaması barədə ittihamlara da cavab verməyib.-02D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button