Bizim tərcümə

Tehran həbsxanasında yanğında ölənlərin sayı 8-ə çatıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-17 11:10:04

İranın paytaxtı Tehrandakı Evin həbsxanasında şənbə günü axşam saatlarında baş verən yanğında ölənlərin sayı artır.

İran Ədliyyəsinə bağlı xəbər agentliyinin verdiyi açıqlamada yanğında tüstüdən zəhərlənərək xəstəxanada müalicə alan daha 4 məhbusun bu gün səhər saatlarında həyatını itirdiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamada yanğında həyatını itirən 8 məhbusun cəzaçəkmə müəssisəsinin məhkəmə cinayətləri şöbəsindən olduğu, daha 6 məhbusun isə xəstəxanada müalicə olunduğu və şəraitinin yaxşı olduğu bildirilib.

İranın paytaxtı Tehranda şənbə günü Evin həbsxanasında məhbuslar arasında baş verən qarşıdurma və həbsxananın geyim sexində baş verən yanğın nəticəsində 4 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button