2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tehran Moskvaya kömək üçün “ikinci cəbhə” aça bilərmi? 

Seymur Kazımov

İran Prezidenti İbrahim Rəisi İsraili hədəf alan çıxış edib. “Reuters”in xəbərinə görə, aprelin 18-də silahlı qüvvələrin illik paradında iranlı lider deyib ki, İran dövlətinə qarşı ən kiçik addım atılsa, İran silahlı qüvvələri İsrailin ürəyini hədəf alacaq. 

Belə bir açıqlamaya nədən ehtiyac duyulduğu ciddi sual doğurmaqdadır. Əlbəttə, İran özünün varlığını antiisrail və antisionizm konsepsiyası ilə ideologiyalaşdırır. Bununla belə, indi dünyada son dərəcə gərgin ab-hava hökm sürür və belə şəraitdə İranın əslində özünü hədəf kimi ortaya atması nəyə lazımdır? 

“İranın özünü hədəf kimi göstərməsi” ifadəsini təsadüfən seçməmişik. Ard-arda baş verən iki müharibə hərbi sahədə bir çox reallıqları əks etdirib. Biz həm 44 günlük ikinci Qarabağ savaşından, həm də davam etməkdə olan Rusiya-Ukrayna savaşından bilirik ki, Rusiya mənşəli hərbi texnologiya artıq özünü doğrultmur. İran da böyük ölçüdə Rusiya hərbi texnologiyasına və ondan heç də üstün olmayan yerli hərbi sənayeyə sahibdir. Bu isə o deməkdir ki, ehtimal olunan savaşda İsrail qarşısında İranın hər hansı şansı yoxdur. Yüksək texnologiyalı dronlar və hava hücumu sistemləri qarşısında sarsılmış ideoloji əsasda toplanan canlı qüvvə, sadəcə, qurbanlıq kütlə rolunu oynaya bilər. Rəisinin bu gerçəklikdən xəbərsiz olduğunu iddia etmək, təbii ki, düz olmazdı. 

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyaya ikinci cəbhə lazımdır? 

Rusiya ilə Qərb qarşıdurmasında özünü nə qədər tərəfsiz aparmağa çalışsa da, İranın ümumi siyasətində “Qərbin regiona buraxılmaması” konsepsiyası hələ ki, əsas doktrin olaraq qalır. Həmçinin, İran dövləti uzun zamandan bəri ilk dəfədir ki, belə haçalanma yaşayır. Yəni Prezidentin də dini qanad tərəfdə olduğu bir fikir ayrılığından söhbət gedir. Bu fikir ayrılığı Rusiyanın gələcəyinə dair strategiyada özünü aşkar büruzə verir. Mühafizəkar qanadın açıq şəkildə Rusiyanın arxasında durmağa meylli olduğu ortadadır. Ancaq dövlətin əksər strukturları bu mövqeni bölüşmürlər. Bu məsələdə iki maraqlı məqam var. 

Birincisi odur ki, İbrahim Rəisi də Rusiyanın bölgədə əsas güc olmasından yana mövqe sərgiləyir və Qərblə yaxınlaşmanın əleyhinədir. Burada onun inqilab məhkəmələrində hakim olduğu zaman atdığı bir çox addımların rolu olduğu da bildirilir. Belə ki, Rəisinin zamanında xeyli qəddar qərarlar qəbul etdiyi bildirilir. 

İkinci maraqlı məqam isə sabiq prezident Mahmud Əhmədinejadın Ukraynaya birmənalı dəstək verən yazılarıdır. O, “Twitter” üzərindən ardıcıl olaraq, Ukraynanı dəstəkləyir və onun davasını haqlı sayır. Baxmayaraq ki, ABŞ-ı da tənqid edir, amma ekspertlər düşünürlər ki, bu, ölkənin daxili konyukturuna görə belədir. 

Bu mənzərəyə nəzər salanda məlum olur ki, Rəisinin durduq yerdə “İsrailin ürəyini nişan almaq” çıxışı ABŞ-ın diqqətini Ukraynadan yayındıra bilər. Üstəlik, üçüncü dünya müharibəsi riski yarada bilər. Bununla belə, İranın hansısa formada İsrailə qarşı hərbi əməliyyat təşkil etməsi, hələ ki, az ehtimal olunan, hətta cüzi proqnozlaşdırılan avantüra ola bilər. 

Azərbaycanın yolu

Belə regional siyasi mühitdə Azərbaycanın cızacağı yol xəritəsi də çox maraqlıdır. İlham Əliyevin uzun müddətdir təbliğatını apardığı “Zəngəzur dəhlizi”ni  İrandan Naxçıvana çəkiləcək yeni yolla əvəzləməsi fonunda Tehranın Təl-Əvivi belə hədəf alması Bakı üçün yeni xəritə reallığı yaratmaz ki? 

24 saat” “Tehran Moskvaya kömək üçün “ikinci cəbhə” aça bilərmi? ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button