Xəbərlər

Tehran yenidən Azərbaycanla «dostluqdan» danışmağa başlayıb

Áàêó/12.10.21 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

Iran XIN-nin 12 oktyabr axşamki məlumatına görə, nazirlər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

İranlı nazir bildirib ki, iki ölkə münasibətlərdəki anlaşılmazlıqlara yol verməməlidir. Onun sözlərinə görə, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsi vacibdir.

Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan və İran arasında dost münasibətləri mövcuddur:

“Qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. Problemlər dialoq yolu ilə, sakit və səmimi bir mühitdə həll edilməlidir”.-0-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button