2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Tehrana qarşı sanksiyalarda yumşalma – ABŞ-dan mühüm qərar

Amerika Birləşmiş Ştatları (ABŞ) xarici şirkətlərə İrandakı bəzi obyektlərdə atomun dinc məqsədlərlə inkişafı sahəsində iş aparmağa icazə verərək, Tehrana qarşı sanksiyalardan istisnaları bərpa edib.

“Reuters” xəbər verir ki, bu, nüvə sazişinin bərpasına kömək etməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

İstisnalar həmçinin Rusiya, Çin və Avropa şirkətlərinə sanksiya riski olmadan İrandakı nüvə obyektlərində fəaliyyət göstərməyə imkan verir.

2015-ci ildə imzalanan nüvə sazişində İranla yanaşı, Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Çin və Fransa da iştirak edib.

Razılaşma Tehrana qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tuturdu.

Beynəlxalq şirkətlər üçün istisnalar Tehran tədqiqat reaktoru üçün zənginləşdirilmiş uranın işlənməsi, Arak tədqiqat reaktorunun mülki ehtiyaclar üçün yenidən qurulması və işlənmiş yanacağın çıxarılmasını əhatə edirdi.

2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp sazişdən çıxıb və İrana qarşı birtərəfli sanksiyaları bərpa edib. Bu, müqavilənin digər tərəflərinin tənqidinə səbəb olub. Tehran da buna cavab olaraq öhdəliklərini ləğv edərək nüvə işini bərpa edib.

2020-ci ilin mayında Vaşinqton istisnalara son qoymaq qərarını açıqlayıb. ABŞ prezidenti Co Bayden dəfələrlə razılaşmaya qayıtmağa söz verib. Bunun üçün isə o, sanksiyaları ləğv etməlidir.

Buna getməyə hazır olduğunu bildirən Vaşinqton istəyir ki, ilk növbədə Tehran uranı zənginləşdirmədən əl çəksin. Tehran da öz növbəsində istəyir ki, ilk növbədə məhdudiyyətlər aradan qaldırılsın. Ötən ilin sonunda Vaşinqtonla Tehran nüvə sazişinin mümkün bərpası ilə bağlı dolayı danışıqlara başlayıb.


Tərcümə: Azadlıq Radiosu

Mənbə: Reuters

Tehrana qarşı sanksiyalarda yumşalma – ABŞ-dan mühüm qərar ” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Bunu da oxuyun
Close
Back to top button