2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tehranda hücumları “İran daxilində İD-ə qoşulanlar törədib”

İran bildirib ki, Tehranda 12 nəfərin ölməsi ilə nəticələnmiş hücumları ölkə daxilində özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qoşulanlar törədib.

Bütün hücum edənlər öldürülüb. Üçüncü hücumu keçirməyi planlaşdıran beş nəfər isə həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Iran İnqilab Qvardiyası hadisələrə görə Səudiyyə Ərəbistanı və ABŞ-ı ittiham edib.

Bu hücumlar Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin İranla sıx əlaqələri olan Qətəri terrorçuluğa dəstək verməkdə ttiham edərək, onunla əlaqələri kəsməsi ilə yaranmış yüksək gərginlik fonunda baş verib.

Sünnilərin idarə etdiyi Səudiyyə Ərəbistanı və Şiələrin üstünlük təşkil etdiyi İran regional rəqiblərdir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının rəis müavini Rza Seyfollahi dövlət televiziyasına bildirib ki, hücumçular “İranın daxilində bir sıra regionlardan İŞİD-ə (İD-ə)qoşulub”.

Hadisələrə görə məsuliyyəti İD üzərinə götürüb.

İran İnqilab Qvardiyası qan tökülməsinə görə qisas vəd edib, həmçinin hadisələrin prezident Donald Trump-ın regiona son səfərinin ardınca baş verməsi səbəbilə ABŞ və Səudiyyə Ərəbistanı Krallığına işarə edib:

“Bu terror aktı, Birləşmiş Ştatların prezidentinin regionun irticaçı hökumətlərinin (Səudiyyə Ərəbistanı) birinin lideri ilə görüşündən bir həftə sonra baş verir…bu göstərir ki, onlar bu vəhşi akta cəlb olunub”, bəyanatda bildirilib.

ABŞ və Səudiyyə Ərəbistanı hücumları pisləyib.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button