2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Tekfen İnşaat Azərbaycanda “94 milyon dollarlıq layihəyə başlayır”

Türkiyənin Tekfen Holding şirkətinə bağlı olan Tekfen İnşaat Azərbaycanda Vergilər Nazirliyinin yeni binasının inşasına başlayacaq, Reuters xəbər verir.
Bununla bağlı şirkət 94 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.
Tekfen şirkəti bundan öncə də Azərbaycanda bir sıra tikinti layihələrini həyata keçirib.
Azərbaycan Dövlət Neft Şirkətinə məxsus SOCAR Towers inzibati binasının tikintisinin ilkin büdcəsi 235 milyon dollar olub.
Şirkətin Azərbaycanda həyata keçirdiyi böyük layihələrə tikintisi 2015-ci ildə başa çatdırılmış Bakı Olimpiya Stadionu da daxildir.
OCCRP-nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) araşdırmasına görə stadionun tikintisi üçün ilkin büdcənin 640 milyon dollar olmasına baxmayaraq, layihə 850 milyon dollara başa gəlib.
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov isə stadionun 500 milyon manata başa gəldiyini bildirib.

BBC Azəri

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button