2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Teleaparıcı İlham Mirzəyev azadlığa buraxılıbmış

Həbsdə olan teleaparıcı İlham Mirzəyev azadlığa buraxılıb. APA-nın məlumatına görə, məhkəmə onun vaxtından əvvəl azadlığa buraxılmaq barədə müraciətini təmin edib.

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İlham Mirzəyevin müraciətinə aidiyyatı üzrə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmə onun şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib.

İlham Mirzəyev mayın 19-da müalicə olunduğu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən azadlığa buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Penitensiar Xidmətdən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, İlham Mirzəyev 2014-cü ilin aprel ayında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 3 il 6 aya endirilib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button