2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Teledərslərin və elektron dərslərin müddəti ilə bağlı açıqlama

Tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq, təhsilalanların dərs prosesindən kənar qalmaması üçün teledərslər, təhsil proqramına əsasən müvafiq mövzular üzrə videodərslər hazırlanır və onlayn dərslər keçirilir.

Hazırda həyata keçirilən teledərslər layihəsi isə ekstremal halda yaranan tətil müddətində əlavə resursların verilməsi, dərs materialları ilə təmin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, tətil zamanı məktəblilər dərs öyrənmək üçün elektron dərslik və video dərslərlə zənginləşdirilmiş Təhsil Nazirliyi tərəfindən elektron portallarından istifadə edə bilərlər.

Bəs, teledərslərin və elektron dərslərin nə vaxta kimi davam etdirilməsi gözlənilir?

Saytların yığılması Saytlarin yigilmasi

  Bizimyol.info məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlama verib.Cəsarət Valehov Cəsarət Valehov

“2019-2020-ci tədris ilinin sonunadək teledərslər və elektron dərslər davam edəcək. Növbəti tədris ilində də teledərslərin və onlayn dərslərin davam etdirilməsi ilə bağlı müzakirələr aparılır. Çox faydalı resurslar olduğu üçün bu müəllimlər və valideynlər tərəfindən çox istənilir”,-deyə Təhsil Nazirliyinin sözçüsü bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button