2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Telegram Almaniyada bəzi istifadəçilərin məlumatlarını güc strukturlarına ötürürmüş

    Almaniyanın Der Spiegel adlı saytının verdiyi məlumata əsasən Telegram rəhbərliyinin istifadəçi məlumatlarının konfidensiallıqlarına ciddi şəkildə riayət edilməsi bəyanatlarına baxmayaraq bəzi hallarda şirkət istifadəçilərin özəl məlumatlarını Almaniyanın Federal Cinayət Polis İdarəsinə (BKA) ötürüb. Məlumatda qeyd edilib ki, söhbət, uşaqların istismar edilmələrində və terrorçuluqda şübhəli bilinən istifadəçilərin məlumatlarının ötürülməsindən gedir. Güc strukturları təmsilçilərinin sözlərinə əsasən digər cinayət əməllərinin yerinə yetirilməsi halında Almaniyanın hüquq-mühafizə orqanları əvvəlki kimi Telegram-dan məlumatların əldə edilməsində çətinlik çəkirlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Der Spiegel saytı qeyd edib ki, Telegram-ın dövlət strukturlarına istifadəçi məlumatlarını təqdim etməsi halı 2013-cü ildə təsis edilmiş eyniadlı şirkətin çox ehtiyyatlı şəkildə öz siyasət istiqamətini dəyişdiyindən xəbər verir. Qadağan edilmiş kontentlərin internetdə yayılmasını reallaşdırmış potensial qanun pozucularının özəl məlumatlarının təqdim edilməsi üzrə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən göndərilmiş sorğulara Telegram daha əvvəllər ümumiyyətlə cavab vermirdi. Uzun müddət ərzində Almaniyanın güc strukturları Telegram ilə ünsiyyət yarada bilmirdi. Belə ki, Almaniyada şirkət təmsilçisi və ya Telegram-la əlaqə yarada biləcək hər hansısa digər şəxs mövcud deyildi. Telegram isə öz bəyanatlarında əksini deməkdə davam davam edir: “Bu günə qədər biz, istifadəçi məlumatlarını heç bir üçüncü tərəfə ötürməmişik. Bura həmçinin dövlətlər də daxildirlər” – deyə Telegram bəyanatında qeyd edilib.

24 saat” “Telegram Almaniyada bəzi istifadəçilərin məlumatlarını güc strukturlarına ötürürmüş” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button