Dünya

“Telegram” konfidensiallıq siyasətinə dəyişiklik etdi

Məhkəmə qərarı olarsa, bəzi şəxslər haqda xüsusi xidmət orqanlarına məlumat verə bilər

“Telegram” terrorçuluqda şübhəli bilinən şəxslər barədə xüsusi xidmət orqanlarına informasiya ötürə bilər. Şirkət konfidensiallıq siyasətinə dəyişiklik edib. Məhkəmə qərarı ilə xüsusi xidmət orqanlarına terrorçuluqda şübhəli bilinən şəxslər barədə informasiya ötürmək imkanı haqda qərar qəbul edib.

“Telegram” sizin terrorçuluqda şübhəli bilinməyiniz haqda məhkəmə qərarı aldığı halda IP ünvanınızı və telefon nömrənizi müvafiq xüsusi xidmət orqanlarına ötürə bilər. İndiyə qədər belə bir hal olmayıb”, – “Messenger”in konfidensiallıq siyasətinin 8.3 bəndində belə deyilir. Məlum olub ki, konfidensiallıq siyasəti 14 avqust 2018-ci ildə bu yaxınlarda qüvvəyə minən şəxsi məlumatların qorunması haqda Avropa qanunlarına uyğunlaşmaq üçün genişləndirilib.
Eyni zamanda, “Telegram”da qeyd edirlər ki, belə bir hal olarsa, bu haqda “Transparency”nin xüsusi kanalında məlumat veriləcək. Burada yarım aydan bir xüsusi xidmət orqanlarının müraciətləri barədə hesabatlar da yerləşdiriləcək. “Messenger”in vəkili, “Aqora” Beynəlxalq Hüquq Müdafiə qrupunun rəhbəri Pavel Çikov izah edib ki, “Telegram” çoxdandır terrorçuluqla mübarizə aparır. Beləliklə, şübhəli kanal və çatları bloklayır.

“Biz “Telegram”ın nümayəndələri kimi heç vaxt hakimiyyətin terrorçuluqla mübarizə etmək hüququ və məsuliyyətini inkar etməmişik. Əksinə, məhz bu cür sivil yol təklif etmişik. İnformasiyanı açmağın əvəzinə, məhkəmə sorğusu olsun. Özü də yazışma deyil, təkcə IP və telefon. Milli təhlükəsizlik və şəxsi həyatın toxunulmazlığı maraqları arasında balans olmalıdır. “Telegram” öz variantını təklif edir. Ancaq FTX heç nə təklif etməyib” – deyə, Çirkov əlavə edib.

Rusiya xüsusi xidmət orqanlarının “Messenger” istifadəçiləri barədə informasiya əldə etmək imkanı alması sosial şəbəkələrdə reaksiyaya səbəb olub. “Telegram”ın yaradıcısı Pavel Durov özünün “Telegram” kanalında bunun Rusiyaya aid olmayacağını bildirib:

“Konfidensiallıq siyasətində biz terrorçuların IP ünvanı və telefon nömrəsini məhkəmənin qərarı ilə müvafiq xidmətlərə vermək haqqını özümüzdə saxlamışıq. Bu hüquqdan nə vaxtsa istifadə edib-etməyəcəyimizdən asılı olmayaraq, bu tədbir “Telegram”ı terrorçu təbliğatının yayılması ilə məşğul olan adamlar üçün daha az cəlbedici platformaya çevirməlidir”.

Eyni zamanda, “Messenger”in yaradıcısı inanmır ki, bu, Rusiyada “Telegram”ın bloklanması cəhdlərinin dayandırılmasına gətirib çıxaracaq. Çünki FTX nömrə və IP ünvan deyil, məhz istifadəçilərin yazışmasına giriş istəyir.

““Telegram” Rusiyada qanundan kənardadır. Hər gün servisə girişin qarşısını almaq cəhdlərində yüzlərlə IP ünvan bloklanır. Buna görə Rusiya xidmətlərindən gələn hər hansı müraciətə baxmırıq. Bizim konfidensiallıq siyasətimizin Rusiyadakı vəziyyətə dəxli yoxdur. Buna görə də müqavimətimizi davam etdiririk” – deyə, Durov vurğulayıb.

“Messenger” istifadəçilərinin şifrələnmiş yazışmasının açarını FTX-ya təqdim etməkdən imtina edib. Aprelin 13-də Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsində Nəzarət üzrə Federal Xidmətinin iddiasını təmin edərək, “Telegram”ın “Messenger”inin Rusiyada dərhal bloklanması barədə qərar çıxarıb.

FTX bildirirdi ki, tələbin yerinə yetirilməsi terrorçuluqla mübarizə üçün lazımdır. “Messenger” rəhbərliyi isə hesab edir ki, bu, insan haqlarını pozur və Konstitusiyaya ziddir.

Bloklanmaya baxmayaraq, “Telegram” işini davam etdirir. KİV və blogerlər yazır ki, ondan həmçinin bir çox məmurlar və dövlət qurumları istifadə etməkdə davam edir.

Meydan TV

(“Novaya qazeta”nın materialları əsasında)

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close