2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Telekanallarda məmurlar yalan danışırlar, amma bazarlara gedəndə görürlər ki…”

“Hökumətdəkilər xalqı fikirləşmir. Bayramqabağı bu qədər bahalıq yaratmaq kimə lazımdır? Bütün bunlar onu göstərir ki, ölkədə ciddi narazılıq yaratmaq istəyirlər”.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, bayramqabağı qiymətlərin bu şəkildə qaldırılması insanlar tərəfindən hiddətlə qarşılanır:
«Qoz-fındıq ləpəsi 20-30 manat, ət 15 manat, toyuq əti 5 manat, beləcə digər ərzaq məhsullarının da qiyməti kəllə-çarxa qalxıb. Azərbaycan xalqının ən əziz bayramı Novruz bayramıdır. İndi elə bir vəziyyət yaradıblar ki, insanlar ürəkaçıqlığı ilə bayram da qeyd edə bilmir. Bu gün bayram məmur təbəqəsinə, onların saxladıqları ikinci, üçüncü arvadlarına aiddir. Həmin məmurların sadə vətəndaşlardan xəbəri yoxdur. Onlar bilmirlər ki, adam var evinə ayda bir kq ət ala bilmir».
Partiya sədri deyib ki, bu gün məmurlar yalan danışırlar. Onun fikrincə, ölkədə sanki yalançıların bəxti açılıb.
«Telekanallarda məmurlar yalan danışırlar, amma bazarlara gedəndə görürlər ki, qiymətlər kəllə-çarxdadır. Bu gün kasıb camaatın ah-naləsi ərşə çəkilib. Bir qrup məmur ölkə başçısına zərbə vurmağa çalışır. Bütün fəaliyyətlərini camaatın narazılığının böyüməsinə yönəldiblər. Bu narazılığı daha da böyüdən kənd təsərrüfatına baxan məmurlardır, başda nazir olmaqla, fəaliyyətlərini bu istiqamətə yönəldiblər. Mən bu barədə dəfələrlə faktlar açıqlamışam, amma mənə dörd bir yandan təzyiqlər olur ki, onun barəsində o cür fikirlər səsləndirmə. Amma mən dövləti və dövlətçiliyi hər şeydən üstün tuturam deyə, öz yolumdan dönmürəm. Amma bu gün vətəndaş bayram bazarlığı edə bilmirsə, bir kq ət, yarım kq ləpə, bir toyuq ala bilmirsə, onda hansı ədalətdən danışmaq olar?», – deyə H.Hacıyev əlavə edib.
Müsahibimiz onu da bildirib ki, hakim komandada böyük bir xəyanət baş alıb gedir. Onun fikrincə, hökumət rəsmiləri kağız üzərində olan irəliləyişi əllərində bayraq ediblər, halbuki heç bir irəliləyiş yoxdur: «Kənd təsərrüfatı başda olmaqla, bütün sahələr üzrə geriləmə var. Nə qədər ki, bu məmur təbəqəsi var, Azərbaycan kəndlisi, kasıbı, yoxsulu ağır vəziyyətdə yaşayacaq. Ona görə də bu qocalar evindən qurtulmaq lazımdır.
Amma bu ağır güzərana baxmayaraq, mən əziz xalqıma möhkəm iradə arzulayıram və bayram münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, bu mənfur məmurlardan canımızı qurtaraq, ondan sonra həyat şəraiti də, bayramlarımız da gözəl olar».(mia.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button