Now Reading:
Teleqüllə yaxınlığındakı sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb

Teleqüllə yaxınlığındakı sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində son vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” sürüşmə sahəsi aktivləşib.

Onun sözlərinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib.

“Bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar əmələ gəlib. Torpaq qatında elə yer var ki, çatların eni 1 metrə, dərinliyi 6-7 metrə çatır. Bundan əlavə, torpaq qatında müxtəlif istiqamətli çox saylı çatlar əmələ gəlib. Biz hazırla onların üzərində müşahidələr aparırıq”, – deyə ekspedisiya rəisi qeyd edib.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.