Cəmiyyət

“Telman İsmayılov iki sahibkarın qətlini təşkil edib” – İstintaq Komitəsi

Moskvada Çərkəz bazarının keçmiş sahibi Telman İsmayılov 2016-cı ildə iki sahibkarın qətlinin təşkilində ittiham olunur.

Bizimyol.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

O qeyd edib ki, istintaq T.İsmayılovu ötən il iş adamları Vladimir Savkinin və Yuri Brılevin qətlinin təşkilatçısı hesab edir.

Qətldə təqsirləndirilən Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar barəsində isə nəzarət altında saxlanılmaqla qiyabi olaraq ehtiyat tədbiri seçilib.

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close