2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Telman İsmayılova siyasi sığınacaq verilib

Azərbaycan və Rusiya biznesmeni, Moskvadakı Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova Monteneqroda siyasi sığınacaq verilib.

Bu barədə Monteneqro mediasına onun vəkilləri xəbər veriblər.

Vəkil Miloş Vuksanoviç bildirib ki, İsmayılov ona sığınacaq verilməsi ilə bağlı həbsdən azad edilib və onun Rusiyaya ekstradisiya olunmasına dair işə baxılması dayandırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Monteneqro rəsmiləri hələlik bu xəbərlə bağlı heç bir şərh verməyiblər.

İsmayılovun rusiyalı vəkili Marina Rusakova da ona Monteneqroda sığınacaq verilməsinə dair xəbəri AzadlıqRadiosunun Rus xidmətinə təsdiq edib.

Telman İsmayılov oktyabrın 1-də Rusiyanın orderi əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanmışdı.

Bundan sonra xəbər verilmişdi ki, Rusiya tərəfi onun ekstradisiya edilməsi üçün müraciət edib. İsmayılov Rusiya tərəfinin ekstradisiya sorğusu ilə bağlı həbsdə saxlanırdı.

O Rusiyada iki və daha çox adamın qətlə yetirilməsində ittiham olunur.

Bu da xəbər verilmişdi ki, İsmayılov siyasi sığınacaq almaq üçün müraciət edib.

Rusiyanın ən zəngin adamlarından biri

İsmayılov Rusiyanın ən zəngin adamlarından biri hesab olunurdu.

Forbes jurnalı 2012-ci ildə onun sərvətini 800 milyon dollar olaraq qiymətləndirmişdi. O AST biznes qrupunun təsisçisi idi.

İsmayılov Rusiyada Çerkizov bazarından başqa Moskvanın mərkəzindəki Arbat restoranının, mehmanxana biznesinin və nəşriyyatın sahibi idi.

O habelə Türkiyənin Antalya kurortunda Mardan Palas otelini tikdirmişdi. Bu tikintinin 1.5 milyard dollara başa gəldiyi deyilirdi.

Rusiya mediası Çerkizov bazarının mütəşəkkil cinayətkarlığa bağlılığı barədə xəbərlər verirdi.

Qətl ittihamları

İsmayılovun biznes problemləri 2009-cu ildə başlanmışdı. O vaxt hüquq-mühafizə orqanları Çerkizov bazarında və İsmayılovun ofislərində axtarış aparmışdı.

Bazar bağlanmış, Moskva hökuməti onun yerində boyük idman-sağlamlıq mərkəzinin tikiləcəyini vəd etmişdi. Lakin bunun əvəzində həmin ərazidə ümumi sahəsi 100 min kvadratmetrdən çox olan yaşayış evləri tikilib.

İsmayılov 2015-ci ildə müflis elan edilmişdi. O 2017-ci ildə biznesmenlər Vladimir SavkinYuri Brilyovun qətlləri ilə bağlı qiyabi həbs olunmuşdu.

Bu işlə əlaqədar İsmayılovun qardaşı Rafiq 17 il müddətinə azadlıqdan məhrum olunub.

Qətlin icraçısı istintaqla sazişə girərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

Telman İsmayılovun vəkilləri ona şər atıdığını və biznesmenin əslində günahsız olduğunu bildirirlər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button