2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Tennisçilərimiz Avropa birinciliyində 4 medal qazandı… – Fotolar

Xorvatiyanın Zaqreb şəhərində keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyinın son günləri də stolüstü tennisçılərimiz üçün uğurlu olub. Belə ki, gənclərin şəxsi birinciliyində tennisçimiz 2-ci yeri tutaraq gümüş medala, yeniyetmələrin şəxsi oyunlarında isə digər tennisçimiz 3–cü yeri qazanaraq bürünc medala layiq görülüb.

Yeniyetmələrin qarışıq qoşa yarışlarda tennişlərimiz 3-cü yeri tutaraq komandamıza daha bir bürünc medal qazandırıblar.
Ümumiyyətlə, artıq başa çatan Avropa birinciliyində Azərbaycan millisi yüksək nəticələr göstərib. Uğurla çıxış edən Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Avropa birinciliyində üçüncü yeri tutub. Komanda yarışlarında yeniyetmə qızlarımız 9-cu yeri, gənc qızlarımız isə 5-ci yerə sahib olub.
Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə edən millimiz Vətənə 4 medalla qayıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button