2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tereza Mey Avropa Birliyini ittiham edib

İngiltərənin Baş naziri Tereza Mey Avropa Birliyini (AB) İngiltərədəki seçkilərə təsir etməyə çalışmaqda günahlandırıb.
Baş nazir erkən seçki prosesinə rəsmən yol açan parlamentin ləğvi üçün Kraliça Elizabetlə görüşündən sonra açıqlama verib. Mey deyib ki: “Avropa Komissiyasının müzakirə tərzi sərtləşib. Avropalı siyasətçilər və səlahiyyətlilər İngiltərəyə qarşı təhdid dolu mesajlar verirlər. Bütün bu hərəkətlər İngiltərədə 8 iyunda ediləcək ümumi seçkinin nəticəsinə təsir etmək məqsədi daşıyır.”

AB ilə ölkəsinin birlikdən ayrılma məsələsində bir razılaşmaya gəlmək istədiyini vurğulayan Mey, “amma son bir neçə gündə yaşanan hadisələr göstərir ki, bizim diləklərimiz nə olursa- olsun və avropalı siyasətçilərin mövqeləri nə qədər məqbul olursa- olsun, Brüsseldə bu müzakirələrin müvəffəqiyyətlə başa çatmasını istəməyənlər var” deyə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İngiltərə vətəndaşlarını da xəbərdar edən baş nazir “əgər bu müzakirələri düzgün şəkildə edə bilməsək, əgər Brüsseldəki bürokratların bizi əzməsinə icazə versək, hər kəs üçün real imkanlar yaradacaq daha ədalətli bir cəmiyyət olma şansını itirərik” söyləyib.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button