İqtisadiyyat

“Tesla” çip böhranına görə bu addımı atmalı oldu

Tamara Mustafayeva, Banco.az

“Tesla” çip böhranı səbəbindən Çindəki istehsalı dayandırmağa qərar verib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, elektromobil istehsalçısı “Tesla” şirkəti ötən ay mühüm bazarlardan biri hesab edilən Çinin Şanxay şəhərindəki zavodun fəaliyyətini müvəqqəti olaraq dayandırmalı olub.

Şirkətdən edilən açıqlamaya görə, Çindəki zavodda istehsal prosesi çip böhranı səbəbindən avqust ayında 4 gün fasiləyə məruz qalıb.

Qeyd edək ki, “Tesla” Çindən bu ilin iyul ayı ərzində həm daxili, həm də xarici bazarlarda ümumilikdə təqribən 33 min elektromobil satışı həyata keçirib. 

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button